İsrail MN ABŞ şirkəti ilə ortaq dron təkmilləşdirəcək

2018/07/defense-large_1531845938.png
Oxunub: 507     00:32     18 İyul 2018    
İsrail Müdafiə Nazirliyi ABŞ-ın “Sierra Nevada” şirkəti ilə ortaq şəkildə yeni pilotsuz uçuş aparatlarının istehsal edilməsi ilə bağlı müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilə 2 gün öncə imzalansa da, tərəflər bu barədə mətbuata bu gün səhər bildiriblər.

İsrail Müdafiə Nazirliyindən bildirilən xəbərdə qeyd olunub ki, "Sierra Nevada" şirkəti ilə bərabər şaquli enmə və qalxma xüsusiyyətinə sahib pilotsuz uçuş aparatları təkmilləşdiriləcək.

Qeyd edək ki, Missisipi və Alabama ştatlarında həyata keçiriləcək layihə 2019-cu ilin payızından etibarən start götürəcək.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İsrail   Sierra-Nevada   Dron  

İsrail MN ABŞ şirkəti ilə ortaq dron təkmilləşdirəcək

2018/07/defense-large_1531845938.png
Oxunub: 508     00:32     18 İyul 2018    