Husilər 3 ildə Səudiyyə Ərəbistanına 161 ballistik raket atıblar

2018/07/iraqi-peshmerga-forces-firing-missiles_1531832009.jpg
Oxunub: 387     16:50     17 İyul 2018    
2015-ci ildən bu vaxta qədər husi qiyamçıları Səudiyyə Ərəbistanına 161 ballistik raket atıblar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı rəhbərliyindəki Ərəb koalisiyasının mətbuat katibi Turki Əl-Maliki bildirib.

Yəməndəki vəziyyətlə bağlı mətbuat konfransı təşkil edən Əl-Maliki koalisiya üzvləri və Yəmənin şimalındakı Səda vilayətinin sakinləri arasında möhkəm əməkdaşlıq olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda Yəmən ordusu koalisiyanın da dəstəyi ilə birlikdə Haradı husilərdən azad etmək məqsədilə həmin bölgəyə doğru irəliləyir.

Əl-Maliki 2015-ci ilin mart ayından bu vaxta qədər husilərin Səudiyyə Ərəbistanına 161 ballistik raket atdıqlarını, qarşılığında 26 mart 2015 – 15 dekabr 2017-ci il aralığında qiyamçılara qarşı 15489 hava hücumu edildiyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Husilər   Yəmən   Səudiyyə-Ərəbistanı  

Xəbər lenti

Husilər 3 ildə Səudiyyə Ərəbistanına 161 ballistik raket atıblar

2018/07/iraqi-peshmerga-forces-firing-missiles_1531832009.jpg
Oxunub: 388     16:50     17 İyul 2018    