Suriyada terrorçular İdlibin Əl-Fayu şəhərinə hücuma hazırlaşırlar

2018/07/nusra_idlib-1_1531830769.jpg
Oxunub: 826     20:33     17 İyul 2018    
Suriya hökumət qüvvələri ilə “Hayat Təhrir Əş-Şam” terror qruplaşması arasında sülh danışıqlarının uğursuz olmasından sonra terrorçular mühasirədə saxladıqları şəhərə hücum etməyi planlaşdırırlar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.

Bildirilir ki, terrorçu qüvvələr bir neçə gündür ki, ordunun nəzarətindəki Əl-Fayu şəhərini mühasirədə saxlayırlar.

Ötən gün tərəflər arasındakı sülh danışıqlarının uğursuz olmasından sonra bu gün səhərdən etibarən “Hayat Təhrir Əş-Şam” terror qruplaşması şəhərin ətrafına əlavə canlı qüvvə və hərbi texnika toplamağa başlayıb.

Qeyd edək ki, İdlib bölgəsində əsas strateji məntəqələrdən biri hesab olunan Əl-Fayu şəhərində Suriya Quru Qoşunlarının 1500-ə qədər hərbçisi fəaliyyət göstərir.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Suriya   Hayat-Təhrir-Əş-Şam   Terror  

Suriyada terrorçular İdlibin Əl-Fayu şəhərinə hücuma hazırlaşırlar

2018/07/nusra_idlib-1_1531830769.jpg
Oxunub: 827     20:33     17 İyul 2018    