Qarabağda 3 erməni hərbçi ağır yaralandı

2018/07/234234234324_1509949768_1531830336.jpg
Oxunub: 1705     16:25     17 İyul 2018    
İşğal olunmuş ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində təlim-məşq zamanı partlayış baş verib.

Ordu.az xəbər verir ki, hadisə zamanı ağır yaralanmış 3 erməni hərbçisi Ağdərə şəhərindəki hospitala yerləşdirilib.

İnsidentlə bağlı məruzə edən “zampolit” Armen Mkrtıçyanın sözlərinə görə, daha 7 nəfər yüngül xəsarət alan əsgərlər isə ilkin tibbi yardım göstərildikdən sonra xidmət yerlərinə göndəriliblər. A.Mkrtıçyan onu da bildirib ki, hadisə cavabdeh şəxsin səriştəsizliyi səbəbindən baş verib. Faktı hospitalın həkimi Xoren Azaryan da təsdiq edib.

Partlayışla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Qarabağ   Ermənistan-Ordusu   Səriştəsizlik  

Xəbər lenti

Qarabağda 3 erməni hərbçi ağır yaralandı

2018/07/234234234324_1509949768_1531830336.jpg
Oxunub: 1706     16:25     17 İyul 2018    