İran generalı ABŞ-ı Yaxın Şərqdəki fəaliyyətlərinə görə qınayıb

2018/07/US-Army-in-Syria-876x516_1531828143.jpg
Oxunub: 499     19:51     17 İyul 2018    
"Birləşmiş Ştatların hərbi və diplomatik fəaliyyətləri Yaxın Şərqdə təhlükəsizliyə başlıca təhdiddir".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran ordusunun Baş Qərargah rəisi general Məhəmməd Hüseyn Bağıri Pakistana səfəri çərçivəsində yerli media nümayəndələrinə verdiyi müsahibədə bildirib.

O qeyd edib ki, hazırda ABŞ-ın bölgədə terrorçuları silahlandırması, heç bir əsas olmadan Suriyaya daxil olaraq hərbi fəaliyyətlər aparması və s. aktları Yaxın Şərqdə təhlükəsizliyi kökündən sarsıdır.

Bağıri həmçinin Pakistan və İranın qarşılıqlı hərbi əməkdaşlıqlarını genişləndirmələrinin regionda sabitliyə verəcəyi töhfələrə də toxunaraq qeyd edib ki, bölgəyə sülhü yalnızca bölgədəki aktorların birliyi və əməkdaşlığı gətirəcək.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İran   ABŞ   Yaxın-Şərq  

İran generalı ABŞ-ı Yaxın Şərqdəki fəaliyyətlərinə görə qınayıb

2018/07/US-Army-in-Syria-876x516_1531828143.jpg
Oxunub: 500     19:51     17 İyul 2018    