İran XİN: İranın Suriyadakı mövcudluğu ikitərəfli razılıqlara söykənir

2018/07/n82973291-72441353_1531823377.jpg
Oxunub: 645     18:28     17 İyul 2018    
İran Xarici İşlər nazirinin köməkçisi ölkəsinin Suriyadakı hərbi qüvvələrinin gələcəyi ilə bağlı məsələləri müzakirə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, İran Xarici İşlər nazirinin köməkçisi Hüseyn Ənsari bu barədə Livandan olan həmkarı Gebran Bassil ilə görüşdə bildirib.

Müşavir qeyd edib ki, İran hərbi qüvvələrinin Suriyada varlığı bilavasitə Dəməşqlə əldə edilən ikitərəfli razılığa əsaslanır.

“İranın Suriyada hərbi fəaliyyətləri Dəməşqlə Tehran arasındakı ikitərəfli razılıqların nəticəsidir. İran hərbi qüvvələrinin gələcəyini də məhz Suriya hökuməti ilə aparılacaq danışıqlar müəyyən edəcək. Rəsmi Dəməşq ordumuzun Suriyadan çıxarılmasını istədiyi anda Tehran administrasiyası hərbi qüvvələri oradan çıxaracaq”, - deyə Ənsari vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İran   Suriya  

İran XİN: İranın Suriyadakı mövcudluğu ikitərəfli razılıqlara söykənir

2018/07/n82973291-72441353_1531823377.jpg
Oxunub: 646     18:28     17 İyul 2018    