Ordu.az xarici KİV-lərə istinadan xəbər verir ki, bu barədə rəsmi məlumatı Əfqanıstan Milli Ordusunun mətbuat xidməti yayıb.
Qeyd olunub ki, ordu daxilindəki xüsusi təyinatlı birliklər Hilmənd bölgəsində “Taliban” qiyamçılarına qarşı əməliyyat keçirib.
Əməliyyat nəticəsində 4 hərbçi, 15 polis, 2 hərbi həkim və daha 37 mülki vətəndaş əsirlikdən azad edilib.
Rəsmi məlumata əsasən əməliyyatlar zamanı baş verən qarşıdurmalar nəticəsində 8 “Taliban” üzvü zərərsizləşdirilib.
Dəyanət Ağalarlı
Ordu.az