“Yeni növ raketlərin istehsalı müdafiə sənayemizin əsas prioritetidir” – Turçinov

2018/07/630_360_1443793357-6237_1531741682.jpg
Oxunub: 564     19:47     16 İyul 2018    
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinov ölkənin müdafiə sənayesinin əsas hədəflərindən danışıb.

Ordu.az “Interfax” agentliyinə istinadən xəbər verir ki, o, yeni növ raketləri təkmilləşdirmənin Ukrayna müdafiə sənayesinin qarşısında dayanan əsas vəzifə olduğunu bildirib.

Milli Raket proqramının tətbiqinə nəzarət çərçivəsində formalaşdırılan dövlət qurumu VIZAR-a baş çəkən Turçinov burada istehsal edilən yüksək dəqiqlikli silah texnologiyaları ilə tanış olub.

Onun sözlərinə görə, Ukrayna müdafiə sənayesinin yeni texnologiyalarla təchiz edilməsi proqramı sayəsində artıq bir çox yeni məhsullar istehsal edilərək istifadəyə verilib.

O bildirib ki, 2014-cü ildən əvvəl ləvazimatların 40%-ə qədəri Rusiyadan əldə edilirdi və Ukrayna müdafiə sənayesi öz məhsullarının 88%-ni bu ölkəyə satırdı. Lakin 2014-cü ildə iki ölkə arasında əlaqələr pozulduqdan sonra özü müstəqil istehsalata başlayıb və ciddi uğurlar əldə edilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Ukrayna   VIZAR   Rusiya  

“Yeni növ raketlərin istehsalı müdafiə sənayemizin əsas prioritetidir” – Turçinov

2018/07/630_360_1443793357-6237_1531741682.jpg
Oxunub: 565     19:47     16 İyul 2018    