ABŞ donanması pilotsuz helikopterini sınaqdan keçirir

2018/07/1066337406_1531565707.jpg
Oxunub: 667     21:55     14 İyul 2018    
ABŞ donanması özünün MQ-8C “Fire Scout” pilotsuz helikopterinin ilkin sınaqlarını uğurla başa vurub.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə ABŞ donanmasının mətbuat xidməti məlumat yayıb.

“Helikopterin ilkin sınaqlarından əldə edilən nəticələr, donanmanın bu pilotsuz helikopterini özünün sahil döyüş gəmiləri və digər platformaları ilə inteqrasiya edilməsinə yardım edəcək”, - deyə məlumatda qeyd olunub.

Helikopterin sınağı ABŞ donanmasının sahil döyüş gəmisi “USS Coronado”nun göyərtəsindən təşkil olunub. Sınaq Sakit okeannın Kaliforniya sahillərində həyata keçirilib.

Sınaqlar zamanı əsasən onun idarəolunan təyyarələr, xüsusilə MH-60S “Seahawk”la müştərək tapşırıqlar yerinə yetirə bilməsi imkanlarına diqqət yetirildiyi bidirilir. Nəticələrdən bunun mümkün olduğu aydın olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Pilotsuz-Helikopter  

ABŞ donanması pilotsuz helikopterini sınaqdan keçirir

2018/07/1066337406_1531565707.jpg
Oxunub: 668     21:55     14 İyul 2018    