Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yəmən ordusuna yaxın mənbə bildirib.
Mənbənin sözlərinə görə, dağların yerləşdiyi Baqam bölgəsində husilərlə hökumət qüvvələri arasında kəskin döyüşlər baş verib.
Bir neçə saat davam edən döyüş nəticəsində qiyamçılar geri çəkilmək məcburiyyətində qalıblar. Hazırda ordunun bölgənin mərkəzindən beş kilometr məsafədə olduğu bildirilir.
Dəyanət Ağalarlı
Ordu.az