Türkiyə hücum helikopteri ixrac edən 4-cü ölkə oldu

2018/07/üe_1531746062.jpg
Oxunub: 3911     17:31     14 İyul 2018    
"Türk Havacılık və Uzay Sanayii" şirkətinin istehsalı olan ATAK helikopterlərinin Pakistana satışına dair müqavilə dünən imzalandı.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ümumilikdə 30 ədəd helikopterin satışını nəzərdə tutan müqavilənin dəyəri məlum olub.

Məlumata görə, müqavilənin dəyəri 1,5 milyard dollara yaxındır. Bu rəqəm Türkiyə müdafiə sənayesinin bu vaxta qədər etdiyi ən bahalı birdəfəlik ixracatdır.

Türkiyə ATAK-ın satışı ilə ABŞ, Fransa və Rusiyadan sonra hücum helikopteri satan dördüncü ölkə olub. Dünyada hücum helikopteri istehsal edən ölkə sayı 5, şirkət sayı isə 6-dır.

Qeyd edək ki, ATAK helikopterinin təkmilləşdirilməsinə dair müqavilə ilk dəfə 2007-ci ildə imzalanıb. Proqramın tətbiqinə 2008-ci ildə başlanılıb. İlk uçuşu 2011-ci ildə həyata keçirilən helikopter 2014-cü ildə TSQ-nin silahlanmasına daxil edilib.

ATAK-ı analoqlarından fərqləndirən əsas göstəricilər kimi onun daha yüngül olması, daha uzun müddət havada qala bilməsi və yüksək istiliyə dözümüdür. Digərləri 1,5-2 saat havada qala bilərkən, ATAK-da bu göstərici 3 saata bərabərdir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ATAK   Hücum-Helikopteri   Türkiyə  

Türkiyə hücum helikopteri ixrac edən 4-cü ölkə oldu

2018/07/üe_1531746062.jpg
Oxunub: 3912     17:31     14 İyul 2018    