Amerikalı ekspert: “Putin-Tramp sammiti nüvə təhlükəsini azalda bilər”

2018/07/37221757_1744196355698976_2644158553782222848_n_3063455576_1531744846.png
Oxunub: 594     12:20     14 İyul 2018    
“Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında Helsinkidə baş tutacaq sammit qlobal nüvə təhlükəsinin azalmasına kömək edə bilər”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın Nüvə Təhdidləri Təşəbbüsü mərkəzinin həmsədri Sam Nun ifadə edib.

Onun sözlərinə görə, ABŞ və Rusiyanın sahib olduğu nüvə silahları bütövlükdə dünyada mövcud olan nüvə silahının 90%-dən çoxunu təşkil edir. Buna görə də, həmin iki dövlətin liderləri arasında belə görüşlərin olması önəmlidir.

“Köhnəlmiş Soyuq Müharibə dövrünün nüvə doktrinası, yeni kiber təhlükələr, nüvə məlumatlarının və texnologiyasının yayılması liderlərin görüşünü çox əhəmiyyətli edir. Helsinki sammitində nüvə riskinin azalması da mümkün ola bilər”, - deyə ekspert bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Rusiya   Nüvə  

Xəbər lenti

Amerikalı ekspert: “Putin-Tramp sammiti nüvə təhlükəsini azalda bilər”

2018/07/37221757_1744196355698976_2644158553782222848_n_3063455576_1531744846.png
Oxunub: 595     12:20     14 İyul 2018    