“Taliban”ın hücumunda 11 əfqan əsgəri həlak olub

2018/07/1045907044_1531554500.jpg
Oxunub: 762     15:48     14 İyul 2018    
“Taliban” qiyamçılarının keçən gecə həyata keçirdiyi hücum nəticəsində Əfqanıstan ordusunun 11 əsgəri həyatını itirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum Əfqanıstanın Fərəh vilayətində həyata keçirilib.

Vilayətin idarəetmə şurasının nümayəndəsi olan Dadulla Qanenin sözlərinə görə, qiyamçılar ordunun Kal Qala kəndindəki nəzarət postuna gözlənilməz hücum ediblər.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən “Taliban” hökumət qüvvələrindən azı 20 əsgərin öldürüldüyünü iddia edib.

Qane öz açıqlamasında bu iddiaları təkzib edib və bildirib ki, yerli vaxtla gecə 12:00 və 04:00 arasında davam edən qarşıdurma nəticəsində 11 əsgər həlak olub, 6-sı isə yaralanıb. Qiyamçılardan isə beşi məhv edilib, yeddi nəfər yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Taliban   Əfqanıstan  

“Taliban”ın hücumunda 11 əfqan əsgəri həlak olub

2018/07/1045907044_1531554500.jpg
Oxunub: 763     15:48     14 İyul 2018    