Çin Rusiyadakı təlimlərə strateji qırıcısını yollayacaq

2018/07/Снимок_1531547544.png
Oxunub: 511     13:48     14 İyul 2018    
Çin Cənubi Çin dənizində və Tayvan boğazında keçirilən patrul reydində istifadə olunmuş qırıcılarını ordu oyunlarında iştirak üçün göndərəcək.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, təlim xarakterli yarışlar iyulun 28-də Rusiyada baş tutacaq.

Çin Xalq Azadlıq ordusunun Hərbi Hava Qüvvələrindən bildirilən açıqlamada qeyd olunub ki, XAO yarışlara 20-ə qədər qırıcı və helikopterlə qatılacaq.

Açıqlamada diqqətləri çəkən əsas məqam isə ordu oyunlarına göndəriləcək qırıcılar arasında Çinin ötən ay Cənubi Çin dənizində və Tayvan boğazında keçirdiyi qalmaqallı patrul reydləri zamanı istifadə olunmuş H-6K təyyarələrinin də olmasıdır.

Qeyd edək ki, açıqlamada bunun heç bir xüsusi məna kəsb etmədiyi qeyd olunsa da, bir çox hərbi ekspertlər Çinin bu addımla Qərbə mesaj göndərmək istədiyi qənaətindədirlər.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Çin   Ordu-Oyunları   H-6K  

Çin Rusiyadakı təlimlərə strateji qırıcısını yollayacaq

2018/07/Снимок_1531547544.png
Oxunub: 512     13:48     14 İyul 2018    