XİN daha bir erməni yalanını ifşa etdi

2018/07/18974125145848_1530709935_1530860176_1531483847.jpg
Oxunub: 736     20:05     13 İyul 2018    
Ermənistan KİV-nin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin hər hansısa bir sənədinin BMT-nin saytında yerləşdirilməsi barədə xəbəri yalan və dezinformasiyadan başqa bir şey deyildir.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan XIN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, bu kimi ucuz vasitələrlə Ermənistanın yeni hakimiyyəti ilk növbədə Ermənistan ictimaiyyətini aldatmağa çalışır: "Bu kimi yalanlar ifşa olunduqca Ermənistanın dövlət media resursları xəbərin başlığını redaktə edərək yeni formada verməyə çalışırlar.

Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi üzv dövlət olaraq məktubla müraciət edir və bu məktubun əlavəsi kimi qondarma rejimə aid hər hansısa bir kağız parçasını əlavə edir. Ermənistanın bu hərəkəti BMT üzv dövlətlərinə, BMT nizamnaməsinə hörmətsizlikdir.

Təyinatına gəldikdə isə bu kimi kağız parçaları BMT-də ətraf mühiti qorumaq üçün makulatura məqsədilə istifadə olunur. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi BMT-nin katibliyi və BMT üzv dövlətlərini Ermənistanın bu kimi qeyri-ciddi fəaliyyəti barədə məlumatlandırıb".

Ordu.az

Teqlər: XİN   Erməni-Yalanı   BMT  

XİN daha bir erməni yalanını ifşa etdi

2018/07/18974125145848_1530709935_1530860176_1531483847.jpg
Oxunub: 737     20:05     13 İyul 2018    