"NATO Əfqanıstan qüvvələrinin maliyyələşdirilməsini davam etdirə bilər" – Stoltenberq

2018/07/21702_1531246747.jpg
Oxunub: 903     21:02     10 İyul 2018    
“NATO liderləri Əfqanıstan Silahlı Qüvvələrinin maliyyələşdirilməsinə 2020-ci ildən sonra da davam etmək üzrə razılığa gələ bilər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə alyansın Baş katibi Yens Stoltenberq danışıb.

Onun sözlərinə görə, sammitdə liderlərin Əfqanıstan prezidenti Əşrəf Qaninin sülh təşəbbüsü və apardığı islahatlara dəstək ifadə etmələri gözlənilir.

O, NATO-nun Əfqanıstana həm maddi, həm də canlı qüvvə baxımdan etdiyi yardımı artırdığını bir daha xatırladıb. Belə ki, NATO son dövrlərdə Əfqanıstandakı missiyasına əlavə 3000 hərbi qulluqçu cəlb edib.

Qeyd edək ki, NATO-nun sabah Belçikanın paytaxtı Brüsseldə başlayacaq 29-cu sammitinə Əfqanıstan prezidenti Əşrəf Qani və Baş Qərargah rəisi Abdullah Abdullah da qatılacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   Əfqanıstan   Stoltenberq  

"NATO Əfqanıstan qüvvələrinin maliyyələşdirilməsini davam etdirə bilər" – Stoltenberq

2018/07/21702_1531246747.jpg
Oxunub: 904     21:02     10 İyul 2018    