Əfqanıstan HHQ yeni helikopterlər əldə edib

2018/07/1489498514651651_1531145656.jpg
Oxunub: 1091     01:15     10 İyul 2018    
Əfqanıstan hökumətinə NATO tərəfindən “Black Hawk” helikopterləri verilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, helikopterlər ordunun Hilmənddəki bölmələrinə təhvil verilib.

Məsələ ilə bağlı rəsmi açıqlama bildirən Hilmənd bölgə rəhbərliyinin sözçüsü Ömər Zuak qeyd edib ki, helikopterlər NATO tərəfindən verilib.

O əlavə edib ki, helikopterlər orduya təhvil verilməzdən daha öncə Əfqanıstan HHQ-nin 2-si qadın olmaqla ümumilikdə 20 pilotu Çexiyada uçuş vasitələrinin sınağını keçiriblər.

Sınaqların uğurlu olmasından sonra helikopterlər ötən gün Əfqanıstan HHQ-nə verilib.

Qeyd edək ki, daha öncə Əfqanıstan ordusunda “Black Hawk” helikopterləri olmayıb və bu helikopterlər yalnız ölkədəki NATO birlikləri tərəfindən istifadə olunub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Əfqanıstan   NATO   Helikopter  

Əfqanıstan HHQ yeni helikopterlər əldə edib

2018/07/1489498514651651_1531145656.jpg
Oxunub: 1092     01:15     10 İyul 2018    