Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

2018/07/1874951651_1531144989.jpg
Oxunub: 1496     21:52     09 İyul 2018    
İyulun 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bolqarıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, səfiri təyinatı ilə əlaqədar təbrik edən nazir Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunub və bu əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Diplomat da öz növbəsində Azərbaycanda səfir təyin edilməsindən məmnun olduğunu diqqətə çatdırıb, ölkəsinin Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirib. N.Yankov qeyd edib ki, Bolqarıstan Azərbaycanı dost ölkə hesab edir, onun ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Səfir bildirib ki, Bolqarıstan NATO-nun üzv-dövləti olaraq Azərbaycan Ordusu ilə hərbi sahədə təcrübəsini bölüşməyə hazırdır.

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, hərbi təhsil sahəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, həmçinin regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər də müzakirə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Bolqarıstan  

Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

2018/07/1874951651_1531144989.jpg
Oxunub: 1497     21:52     09 İyul 2018    