İsrail ordusu BƏƏ nümayəndə heyətinin qəbul edilmədiyini bildirib

2018/07/484595845165106959_1531144545.jpg
Oxunub: 833     22:35     09 İyul 2018    
İsrail ordusu Birləşmiş Ərəb Əmirliyindən olan hərbi nümayəndə heyətinin İsrail HHQ tərəfindən qəbul edildiyinə dair xəbərləri təkzib edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, ötən həftə BƏƏ və ABŞ nümayəndə heyətlərinin İsrailin Nevatim aviabazasındakı F-35-lərə baş çəkdiyinə dair iddialar yayılıb. F-35 təyyarələrini almağı düşünən BƏƏ-nin onları yoxlamaq məqsədilə İsrailə hərbi nümayəndələr göndərdiyi bildirilib.

Qeyd edək ki, may ayında İsrail HHQ-nin komandanı Amikam Norkin ilk dəfə olaraq İsrail HHQ-nin F-35-lərdən döyüş şəraitində istifadə etdiyini bəyan edib. Ümumilikdə İsrailin “Lockheed Martin”dən 50 ədəd F-35 əldə etməsi gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsrail   BƏƏ   F-35  

İsrail ordusu BƏƏ nümayəndə heyətinin qəbul edilmədiyini bildirib

2018/07/484595845165106959_1531144545.jpg
Oxunub: 834     22:35     09 İyul 2018    