ABŞ ordusunun yeni komandanlığı Çin narahatlığının təzahürüdür

2018/07/15498453143641511_1531142921.jpg
Oxunub: 956     21:29     09 İyul 2018    
ABŞ hökuməti bir müddət öncə Pentaqonun Sakit Okean Komandanlığının adının Hind-Sakit Okean Komandanlığına dəyişilməsinə qərar verdi.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu dəyişiklik Çinin Cənubi Çin dənizi və digər regional sulardakı artan gücünə nəzarətin möhkəmləndirilməsi məqsədi daşıyır.

Yeni komandanlığın əsas vəzifəsi ABŞ-ın Yaponiya və digər müttəfiqləri ilə birgə hazırladığı “Azad və Açıq Hind-Sakit okean Strategiyası”nı tətbiq etməkdir.

Mayın 30-da Ceyms Mettis tərəfindən elan edilən bu ad dəyişikliyi sözügedən strategiyanın tətbiqində Yaponiyanın daha aktiv rol almasını təşviq edə bilər.

Xüsusilə vurğulamaq lazımdır ki, ad dəyişikliyi əsasən simvolik məna daşıyır. Əvvəlcə mövcud olan Sakit Okean Komandanlığı ilə yeni komandanlığın əhatə etdiyi ərazilər fərqlənmir: ABŞ-ın qərb sahilindən Hind okeanına və Arktikadan Antarktidaya qədər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Çin   Hind-Sakit-Okean-Komandanlığı  

ABŞ ordusunun yeni komandanlığı Çin narahatlığının təzahürüdür

2018/07/15498453143641511_1531142921.jpg
Oxunub: 957     21:29     09 İyul 2018    