Düşmən özü-özünü ifşa edir: “Günnüt-Arpaçay” əməliyyatının kölgədə qalmış gizlinləri – HƏRBİ EKSPERT (ANALİZ)

2018/07/43563_1530082711_1530991679.jpg
Oxunub: 4176     11:14     09 İyul 2018    
Artıq bir aydan çoxdur ki, həm Azərbaycanda, həm də Ermənistanda Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun öz ərazimizdə keçirdiyi yerdəyişmələr, düşmənin öz ərazimizdən bəzi yerlərdə taktiki sıxışdırılma metodu ilə, bəzi yerlərdə birbaşa hərbi təhdidlə qovulması tədbirlərinə reaksiya səngimir.

Azərbaycanın bəzi müxalifət rolu oynamağa çalışan, xaricdən fəaliyyət göstərən videoyayım vasitələrində bu əməliyyatın nəticələrinin şişirdilməsi gümanı tirajlanaraq yayılırdı. Böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hakimiyyətdən narazı olduqlarını bildirən şəxslər xalqımızın ümumi nailiyyəti olan ordumuzu hakimiyyətlə eyniləşdirirlər. Ordumuzun xırda nailiyyətləri də onlarda qısqanclıq hissi yaradır. Bu nailiyyətlər isə yalnız düşmən tərəfindən işğal olunmuş vətən torpaqlarının azad olunması gününü bir qədər də yaxınlaşdırdığından, sözügedən qısqanclığın heç də sağlam olmamasını göstərir. Əlbəttə, aşkarlıq dövlətin bütün həyatına aid olduğundan, orduya da aid olmalıdır. Ordunun müvəffəqiyyətlərini və uğursuzluqlarını qanun çarçivəsində müzakirə etmək yalnız onun inkşafına, güclənməsinə kömək edər. Lakin bu spesifik mövzularda müzakirələr zamanı ixtisaslı ekspert rəylərinə böyük ehtiyac var. Onların sayı nə qədər çox olarsa, müzakirələrin sanbalı da bir o qədər yüksək olar.

Bəzi mətbuat vasitələrinin, siyasi şərhçilərin belə heyətdə müzakirələrə can atmaması, məqsədinin ölkəsinin inkşafına xidmətdə yox, konkret siyasi gəlirlər götürməsinə aşkar işarədir. Bu məqsədlər üçün hətta uğurlu hərbi əməliyyatları da gözdən salmaq, qərəzli tənqid etmək yolunu tuturlar.

Son dəfə Naxçıvan ərazisində keçirilmiş əməliyyatların müzakirələri də, təəssüflər olsun ki, belə şərhçiləri də özünə cəlb etdi. Əlbəttə, əməliyyatın məqsədini və məqsədyönlülüyünü tənqid etmək bu dəfə gündəmin əsasını təşkil etmirdi. Çünki əməliyyatın məqsədini tənqid etmək Azərbaycan cəmiyyətində özünə siyasi ölüm hökmü oxumaq demək olardı. Bunu başa düşən “yeni yaranmış müxalifətçilər” onu birbaşa tənqid deyil, nəticələrini gözdən salmağa çəhd etdilər. Lakin ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin iyunun 26-da hərbi parad zamanı Azərbaycan ordusu qarşısında dünyaya yayımlanan çıxışı bütün şübhələrin üzərindən xətt çəkdi. Ölkə prezidenti hərtərəfli yoxlamalar aparılmadan məlumatları əziz bayram günü nə öz ordumuza, nə xalqımıza, nə də dünya ictimaiyyətinə bəyan etməzdi. Ən azı deyilənləri ekspert səviyyəsində, ciddi yoxlamaq imkanı var ki, düşmənlər bundan istifadə imkanını əldən buraxmazdılar. Ordumuzun yaranmasının 100 illiyi münasibəti ilə keçirilən, ümummilli bayrama çevrilmiş anım günü və hərbi parad, ölkəmizdə və onun xaricində yaşayan vətəndaşlarının bu zəmində müzakirələrini səngitdi.

Ermənistan tərəfindən gələn reaksiya isə bu günə qədər də səngiməyib. Əgər prezidentimizin 26 iyundakı bəyənatına qədər onlar da bəzi “müxalifətçilərimiz” kimi ordumuzun Naxçıvandakı hərbi tədbirlərinin miqyasını kəmiyyət baxımından azaltmağa çalışırdılarsa, ondan sonra bu taktikanı dəyişdilər. Çünki artıq İlham Əliyevin konkret səsləndirdiyi rəqəmləri təkzib etmək əzmləri yox idi. Bu əzmin olmaması, həmin təkziblərin konkret əsasının olmaması ilə bağlı idi.

Lakin, düşmən tərəf manevrlər etməyə, müxtəlif subyektiv qiymətləndirmələrə imkan verən bir yol seçdi. Nəticədə, ordumuzun Naxçıvan ərazisindəki sərhədyanı və cəbhəyanı tədbirlərinin keyfiyyət baxımından miqyasını kiçiltməyə başladılar.

Əslində, bizim üçün ən vacib olan ölkəmizin ərazisinin hər qarışının taktiki və yaxud strateji əhəmiyyətindən asılı olmayaraq azad edilməsidir. Ona görə də düşmənin bu istiqamətdə təbliğatı çox gülünc təsir bağışlayır. Düşmən bu təbliğatı bizim ictimaiyyətə yönəltsə də, əslində eksponsionist xülyaları həyat proqramına çevirmiş erməni cəmiyyəti qarşısında özlərini doğrultmağa, təmizə çıxarmağa çalışırlar. Çünki, bu çəmiyyət üçün Azərbaycan ordusunun öz sərhədləri daxilində yerdəyişməsi, erməni hərbi mövqelərinin Ermənistan ərazisinə sıxışdırılması, bəzi yerlərdə isə hətta bizim ərazimizdə müəyyən qədər geri oturdulması mənəvi cəhətdən qəbuledilməzdir. Qudurğanlıq o həddədir ki, qarşı tərəf bu faktı özünə qarşı qəbuledilməz hesab edir. Məsələn, Günnüt dağı istiqamətində ordumuzun dövlət sərhədlərimiz xəttinə çıxması düşməni çox qəzəbləndirib.

Erməni mətbuatının (ru.1in.am saytı) verdiyi xəbərə görə, Ermənistan ordusunun birləşmələri bu postların qurulduğu tarixdən təxminən bir ay sonra, çox ehtimal ki, yerli ictimaiyyətin orduya təyziqi nəticəsində, şənbə və bazar günləri 30 iyun, 1 iyul tarixində Ararat vilayətinin Zanqakatun kəndi ərazisində yerləşən artilleriya mövqelərindən Günnüt dağındakı yeni postumuzu şiddətli şəkildə atəşə tutublar. Mühəndis və təbii mövqe baxımından düzgün qurulmuş postumuzda heç bir itki olmayıb. Lakin cavab atəşi nəticəsində düşmən ərazisindəki bəzi tikililərdə yanğınlar baş verib və bir hərbiçi yaralanıb. Erməni hərbiçinin yaralandığına baxmayaraq, heç bir şeydən utanmayan qarşı tərəf, ondumuzun Zaqankatun kəndinin mülki əhalisini atəşə tutduğu barədə bəyənatlar səsləndirib. Sual yaranır... Əgər erməni “kəndi”nin kortəbii və sistemsiz şəkildə atəşə tutulması nəticəsində yalnız bir yaralı, özü də hərbçi yaralanırsa bu bizə onu deməyə əsas verir ki, bu dinc yaşayış məntəqəsi deyil, hərbi düşərgədir. Necə olur ki, nişansız atəşə məruz qalan kənddə bir yaralı olur, o da hərbiçidir? Mərmilər özləri hərbiçiləri axtarıb tapmaq funksiyasına malikdirlərmi?

Yuxarıda təqdim olunan Azərbaycan dilində yayılan düşmən videosunda guya Naxçıvanda yaranmış hərbi gərginliyin yazda Azərbaycan prezidentinin Naxçıvana səfərindən sonra onun direktivləri əsasında planlaşdırılması iddia olunur. Guya Azərbaycan hərbi-siyasi rəhbərliyi hərbi əməliyyatların aktivliyini Dağlıq Qarabağ ərazisindən sərhədyanı Naxçıvan ərazisinə keçirmək istəyir. Amma bunun siyasi və strateji səbəblərinin nə olduğu haqda heç biz əsaslı izah yoxdur. Burada belə deyirlər: “Adımı sənə qoyuram, səni yana-yana qoyuram”.

Əslində bu təşəbbüsün Ermənistan tərəfindən yarandığını və onun hərbi-siyasi əsaslandırılmasını biz özümüzün 17 aprel tarixli “Düşmənin Naxçıvan və Tavuş strategiyası nəyə hesablanıb” yazımızda vermişdik.

Yuxarıdakı analiz yazılandan sonra hakimiyyətə gələn Paşinyan hakimiyyətinin bu hərbi proqrama tam sadiq olduğunu, ondan sonrakı bir neçə yazımızda da göstərmişdik.

Dövlətimizin müxtəlif hərbi-siyasi strukturlarının informasiya sahəsində məsələ ilə bağlı çox təmkinli davranması, düşmənin təbliğat məqsədli tezisini rahat yaymağa o dərəcədə imkan verdi ki, qarşı tərəf ümumiyyətlə əməliyyatların bir sıra detallarını açmağa məcbur oldu. Azərbaycan müdafiə nazirliyinin Günnütlə bağlı çəkdiyi video görüntülərdə Sədərək istiqamətində də irəliləyişlər olduğunu göstərməsi düşməni daha da qıcıqlandırdı və onlar sözün əsl mənasında öz işğalçı niyyətlərini biruzə verdilər.
Belə ki, ilk öncə Ermənistan müdafiə nazirliyinə yaxınlığı ilə bilinən, sosial şəbəkələrdə təxribatçı bəyanatlar yaymaqla məşhur olan, jurnalist Aşot Asatryan daha fərqli və təhdidedici paylaşım etdi. Azərbaycan Ordusunun Naxçıvandakı uğurlarına qısqanclıq edən Asatryan, vəziyyətin kəskinləşəcəyi halda Ermənistan ordusunun mülki sakinləri hədəfə ala biləcəyini bildirdi. O, bizi Naxçıvanın Sədərək rayonunun kəndlərindən birində (?) yaşayan mülki sakinləri vurmaqla hədələdi.

Asatryan “Facebook” səhifəsində yazır: “Ermənistan tərəfindən müşahidə olunan Naxçıvan əraziləri. Əgər qəddarlıq olmasını istəyirsinizsə, o zaman qəddarlıq olacaq”.

Şəkillər Sədərəklə bağlı Aşotdan sonra yayılan informasiyanı dəqiqləşdirmək məqsədilə yenidən ardıcılıqla təqdim olunur:

1-ci şəkildə erməni mövqelərindən müşahidə olunan Azərbaycana aid olan tabordur. Taborda baş verən bütün hərəkətləri ən sadə dürbin və ya snayperlə müşahidə etmək olar.

2-ci şəkildə çox sıx məskunlaşmış və bizim nəzarətimiz altında olan Azərbaycanın Sədərək kəndidir. İstənilən bir atəş bu azərbaycanlı qəsəbəni xaosa sürükləyəcək. Hərbçilər qeyd edir ki, kəndi bir neçə saat ərzində boşalda bilməzlər.

3-cü şəkildə müharibə zamanı xilas yolu olacaq kəndə və digər şəhərlərə tərəf gedən yoldur. Yol həmçinin bizim nəzarətimiz altındadır.

4-cü şəkildə yaşayış məntəqələrini müdafiə edən Azərbaycan mövqeləridir. Bu mövqelərin arxa cəbhə yolları eyni qaydada bizim nəzarətimiz altındadır və mövqedən heç bir ciddi hərbi əməliyyat həyata keçirmək mümkün deyil.

Qeyd edək ki, Azərbaycan Ordusu Naxçıvanda işğal altında olan əraziləri azad edib. Əks-həmlə əməliyyatı zamanı azad edilən ərazilərdə mülki sakinlər yaşamayıb və nəticə etibarı ilə Azərbaycan ordusu Ermənistandan fərqli olaraq, strateji yüksəkliklərdən mülki sakinlərin hədəfə alınmasını heç vaxt səsləndirməyib. Azərbaycan Ordusu Qarabağa gedən strateji təyinatlı Laçın yolunun nəzarətdə alındığını (sırf hərbi məqsədlər üçün) bildirsə də, yuxarıda göründüyü kimi Ermənistan Sədərək kəndinin əhalisinin qətlindən, onların geri çəkilmə planları və ya qarşısının alınması yollarını müzakirə edirlər.

Yuxarıda göstərilən düşmən təşviqat tezisinə qarşı güclü bir arqument də bizim ölkə mətbuatının diqqətindən yayınıb. Məcburuq ki, qarşı tərəfin təbliğatçılarına öz təşəkkürümüzü bildirək.

Onlar Azərbaycan ordusunun Naxçıvandakı hərbi tədbirlərinin rolunu kiçiltməkdən, mahiyyətini sıfıra endirməkdən ötrü yaydıqları informasiyaların birində, hadisələrin məntiqi ardıcıllığında çatışmayan “pazlı” bizə təqdim etdilər.

Belə ki, daha öncə məlumat verdimiz kimi, Ermənistanda baş nazirlik postuna Serj Sarkisyanın namizədliyi fonunda qalxacaq etirazları əngəlləmək məqsədilə düşmən daima Azərbaycanın guya Naxçıvan və Tavus istiqamətində təxribatlara hazırlaşdığını bildirən dezinformasiyalar yayırdı. Təsadüfi deyil ki, bunun ardınca Sarkisyanın baş nazirliyinə qarşı aprelin 12-dən 23-nə kimi davam edən mitinqlər zamanı düşmən kcəmiyyətin diqqətini yayındırmaq üçün Naxçıvanda bir sıra təxribatlara əl atıb. Nəticə etibarı ilə hakimiyyətə gələn Paşinyan hökuməti də Sarkisyanın yolunu gedərək, özünü erməni əhalisinə keçmiş hakimiyyətdən də brutal olmasını göstərmək məqsədi ilə, Azərbaycanın Naxçıvan bölgəsinin işğal olunmuş Kərki kəndinin cənubunda, Sədərək istiqamətində provokasiyanı davam etdirərək, öz mövqelərini Azərbaycan ərazisinin dərinliklərinə itələyiblər.

Cəbhənin həmin sahəsində, düzənlik əraziyə yüksəkliklərdən atəş nəzarəti edən ordu birləşmələrimizin qarşısında mühəndis zirehli maşınlarla torpaq sədləri çəkərək, öz mövqelərini düzənlik ərazidə müəyyən qədər irəliyə çəkməyə nail olublar.

Ermənistan müdafiə nazirliyi Aşotdan sonra, bəzi KİV-lər vasitəsilə qeyri-rəsmi olaraq, cari ilin aprel ayından etibarən Sədərək istiqamətində mövqelərini irəli çəkdiklərini iddia edir.

Aşağıda göstərilən peyk görüntülərdə, yeni mövqenin (Ararat vilayətinin Paruyr Sevak kəndindən 3.6 km cənub-qərb istiqamətində) irəli çəkildiyini iddia edilir.

Naxçıvan istiqamətində erməni tərəfinin irəliləməsi 2018-ci il aprel-may

Peyk görüntülərinə görə, bu ərazidə Ermənistan tərəfinin mühəndis işləri aprel ayından başlayır. 17 aprel tarixində isə müəyyən irəliləmə müşahidə olunur. Yeni mövqe 17 aprel-7 may tarixləri arasında yaradılır. Göründüyü kimi bütün baş verən proseslər Sarkisyana qarşı hərəkatın geniş vüsət aldığı, istefa və həmin ayın 8-də Paşinyanın rəsmi olaraq hakimiyyətə gəldiyi dövrləri əhatə edir.

İddialara görə, Ermənistan ordusu hava yolu ilə 750 m məsafədə irəliləyib.

10 iyun tarixinə olan vəziyyət – erməni mövqelərinə aparan yol, işlər davam edir

Daha sonra həmin ərazidə mühəndis işlərinin davam etdirilərək yeni yol çəkildiyi qeyd olunur.

Qeyd edək ki, məsələ ilə bağlı Ermənistan müdafiə nazirliyi rəsmi açıqlama verməsə də, jurnalistlərin və ekspertlərin bölgəyə səfərini təşkil edib.

Məhz həmin günlərdən etibarən mətbuatdan artıq hamıya məlum olan ordumuzun Naxçıvan hərbi tədbirləri başlayıb. Yəni, bu, ordumuzun sırf müdafiə-profilaktik tədbirlər planıdır ki, onun katalizatoru məhz 17 aprel-7 may tarixləri arasında Ermənistan hərbi birləşmələrinin Sədərək istiqamətində irəliləməsi olub.

Təsadüfi deyil ki, iyunun 1-də Ermənistan müdafiə naziri Davit Tonoyan jurnalistlərə açıqlamasında bir sıra vacib ifadələr səsləndirib: “İnqilab ərəfəsində qoşun cəmləşmələrinə, bizim daxili siyasi proseslərimizlə əlaqədar olaraq, daha çox Azərbaycan tərəfinin narahatlıqları səbəb olub. Bu siyasi dəyərləndirmə məsələsidir”.

Jurnalistlərin "Bölgədə qoşun cəmləşməsi vardı, ya yox idi?" sualına cavab olaraq Tonoyan qeyd edib. “Bəli var idi, ona görə ki, Azərbaycanın bizim tərəfdən təxribatların ola biləcəyinə dair narahatlıqları vardı”.

İstər Tonoyanın verdiyi cavablar və ya sonra Azərbaycan öz ərazilərində irəliləyir deyə verilən bəyanatlar fonunda Ermənistan hərbi-siyasi rəhbərliyi aprel ayında Sədərək istiqamətində, Azərbaycan dövlət sərhədləri daxilində irəliləməsini heç bir beynəlxalq təşkilat qarşısında əsaslandıra bilməz, əksinə bununla özünün işğalçı olduğunu bir daha təsdiq edər. Məhz bu səbəbdən Naxçıvanla bağlı informasiyalar təzadlı şəkildə yayılırdı. Lakin Sədərək istiqmətində açıqlanan son məlumat Ermənistanın son 25 ildə ekspansionist siyasətdən əl çəkmədiyini, səsləndirilən bəyanatların əskinə olaraq təxribat əməliyyatalarını birbaş planlaşdırdığını ortaya çıxarır.

Ermənistan ordusunun Naxçıvan istiqamətində aktivliyini görən hərbi-siyasi rəhbərliyimiz, bütün Naxçıvan-Ermənistan sərhədləri boyu qarşılıqlı mövqelərimizi təftiş edərək, onların elə konfiqurasiyasını əldə etməyə çalışdı ki, gələcəkdə sərhədboyu düşmən təxribatlarının sayını və intensivliyini minimuma endirə bilsinlər. Bu məqsədlə ordumuz sərhəd boyu Sədərək kəndindən tutmuş Arpa çayının şərq sahilindəki yüksəkliklərə qədər müxtəlif xarakterli yerdəyişmələr edərək, 110 kv.km dən çox sahəni azad edərək nəzarət altına ala bildi.

1-ci şəkildə Ermənistan ordusunun 90-cı illərdə işğal etdiyi ərazilər və mövqelər göstərilib.

2-ci şəkildə Ordmuzun bu istiqamətdə irəliləməsi və düşməni geri oturdaraq daha əlverişli mövqelərdə möhkəmlənməsi göstərilir.

3-cü şəkildə isə düşmənin Naxçıvanda bütün istiqamətlər üzrə geri çəkilməsinin panoraması təqdim edilir.

Ötən günlərdə Beynəlxalq Təhlükəsizlik üzrə erməni institunun təşkil etdiyi müzakirələrdə Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovanisyan Naxçıvan istiqamətində Ermənistan tərəfindən Azərbaycanın Dövlət sərhədlərinin tanınmadığını etiraf edib. Bu da bizə qarşımızda hansı düşmənin olduğunu daha dolğun, daha rəngarəng çalarlarla qavramağa kömək edir. Bizdən əlavə, dünya ictimaiyyətinin düşünən, intellektual qövmünü, beynəlxalq təşkilatların də bunu qavramağına aktiv kömək edir. Müzakirələr zamanı, ekspert Davit Şahnazaryan Hovanisyana sual ünvanlayaraq, "Google" üzərində Naxçıvan istiqamətində azərbaycanlıların irəlilədiyi mövqeləri, həmin mövqelərin nə zaman irəli çəkildiyini, Yerasx-Gorus yolunu nəzarətdə saxlaya bilən neçə mövqenin olduğunu soruşub. Həmin mövqelərdə yardımçı tikililərin varlığına dair sual verib.

Hovhannisyan, Azərbaycan Ordusunun mövqelərini irəli çəkməsi və bərkitmə işləri aparmasını etiraf etsə də, buna mane olmağa çalışdıqlarını deyib. O, həmçinin Yerasx-Gorus yoluna paralel olaraq, Yerasxdan cənuba doğru Azərbaycanın öz ərazilərində yol çəkdiyini və yeni mövqelərin təminatı məqsədini daşıdığını qeyd edib.

Ermənistanda KİV-lərin Naxçıvanda ərazi bütövlüyümüzün tam bərpasına doğru yönəlmiş tədbirləri gündəmdən çıxarmamaq cəhdinin ən əsas məqsədlərindən biri beynəlxalq təşkilatlar qarşısında hay-küy salmaq və Ordumuzun əməliyyatlarını əngəllmək idi. Lakin, bu siyasətlə qonşusuna qarşı ekspansionist ruhda tərbiyə alan erməni cəmiyyəti öz torpaqlarında irəliləyən (bunu özləri də etiraf edir-red) Azərbaycanı təhdid edərkən özü-özünü fəndə saldı.

Sədərəklə bağlı yayılan sonuncu məlumat və digər ifşaedici bəyanatların əsas səbəbi isə həmin cəmiyyətdə yaranmış panikadır. Onlar dövlətlərinin işğalçı siyasətinin nəticəsinin müharibəyə gətirəcəyini tam gerçəkliyi ilə anlayırlar. Ehtimalı böyük olan müharibədə özlərinin mücadilə potensiallarını sağlam qiymətləndirənlərin də sayı çoxalıb. Bu da erməni cəmiyyətində daimi narahatlıq yaradır. Kimlərsə obyektiv informasiya almağa, kimlərsə bulanıq suda balıq tutmağa çalışır.

Digər vacib səbəb Ermənistanda gedən hakimiyyət uğrunda mübarizənin şiddətinin pillə-pillə artmasıdır. Qarabağda Azərbaycanla müharibə mövzusu, hakimiyyət uğrunda mübarizə aparan qruplaşmaların əsas arqumentləri olduğundan, düşmən siyasi dairələri bu mövzuda geniş spekulyasiyaları xoşlayırlar. Bundan, hələ yerini bərkitməmiş hakim zümrəyə qarşı və tam hakimiyyətdən getmək fikri olmayan keçmiş hakim zümrəyə qarşı da effektiv istifadə etməyə çalışırlar.

Hərbi ekspert Vüqar Miraslanov
Alpər Mövludoğlu
Yazı Ordu.az-a məxsusdur

Teqlər: Naxçıvan   Sədərək   Təxribat  

Xəbər lenti

Düşmən özü-özünü ifşa edir: “Günnüt-Arpaçay” əməliyyatının kölgədə qalmış gizlinləri – HƏRBİ EKSPERT (ANALİZ)

2018/07/43563_1530082711_1530991679.jpg
Oxunub: 4177     11:14     09 İyul 2018    