Paşinyan NATO-ya Serjin gündəliyi ilə gedir: Məqsəd nədir?

2018/07/43_1530947990.jpg
Oxunub: 1647     14:42     10 İyul 2018    
11-12 iyul 2018-ci il tarixində Brüsseldə keçiriləcək NATO tədbirində Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə kifayət qədər geniş nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.

Nikol Paşinyan hakimiyyətə gəlməzdən öncə ölkənin Rusiya təsiri altından çıxmasını, hətta KTMT və AİƏT təşkilatlarından təmamilə uzaqlaşmasını qeyd edirdisə, inqilabdan sonra fəal xarici siyasət aparmalı olduqlarını, lakin bu siyasətin üçüncü ölkəyə ziyan vurmayacağı barədə açıqlamalar verdi. Nəticədə, o, əvvəlki müsahibələrindən fərqli olaraq, Rusiya ilə münasibətlərdə heç bir dəyişikliyin olmayacağını, Ermənistanın AİƏT və KTMT təşkilatlarına üzv olaraq qalacağını bildirib.

Bəs, Paşinyanın rəhbərliyində erməni nümayəndə heyətinin NATO tədbirində iştirakından nə gözləmək olar?

Bir çox ekspertlər, Ermənistanın NATO toplantısında geniş tərkibdə iştirak etməsində heç bir qeyri-adi hal olmadığını bildirirlər. Təbii, NATO Ermənistan üçün bir neçə məqam üzrə vacib təşkilatdır. Çünki Minsk qrupu formatında NATO-ya üzv ölkələrdən həmsədr olan ölkələr var. Lakin qeyd edək ki, bu tədbirdən əsaslı dəyişikliklər gözləməyə dəyməz. Ona görə ki, KTMT üzvü olan Ermənistanın NATO ilə geniş əməkdaşlıq etmə imkanları məhduddur.

Ermənistan nümayəndə heyətinin budəfəki NATO tədbirində Paşinyanın timsalında sadəcə tanışlıq xatirinə iştirak edəcəyi ehtimal edilir. NATO tədbirində iştirak etmək üçün hər hansı bir məqsəd, gündəlik olmalıdır, əks halda keçmiş hakimiyyətin siyasəti davam edəcək.

Erməni ekspertlər, Paşinyanın NATO tədbiri başlamazdan öncə bir çox səfirləri təcili dəyişdirməli olduğunu qeyd edirlər. Çünki Qərbdə Ermənistanın qarşısında duran problemlərə qarşı müqavimət göstərmək iqtidarında deyillər. Eyni qaydada Rusiya istiqamətində olan səfirlərin də təcili dəyişdirilməsi vurğulanır.

Qeyd edək ki, bu görüşdə heç bir əsaslı dəyişiklik olmayacaq, sadəcə NATO-nun yeni erməni liderini necə qəbul etdiyinə dair siqnallar alına bilər. NATO tədbirinə Ermənistandan baş nazirin, xarici işlər nazirinin və ya başqa kimin getdiyi önəmli deyil, önəmli olan danışılacaq mövzu, təklif və məqsəddir. Məsələni ümumiləşdirsək, Ermənistanın NATO ilə əməkdaşlıqda yeni bir gündəliyə malik olmadığını, keçmiş hakimiyyətin gündəliyinin davam etdirildiyini görərik.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   NATO   Paşinyan  

Paşinyan NATO-ya Serjin gündəliyi ilə gedir: Məqsəd nədir?

2018/07/43_1530947990.jpg
Oxunub: 1648     14:42     10 İyul 2018    