Sevgi və nifrət: Türkiyə-NATO münasibətlərində ABŞ faktoru – HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2018/07/345435_1524913284_4592586006.jpg
Oxunub: 2317     11:31     06 İyul 2018    
Son zamanlar Şimal Atlantika İttifaqına (NATO) üzv olan dövlətlərin birliyinin sual altına düşdüyü hiss olunur. İldən-ilə, hətta aydan aya artan daxili ziddiyyətlər NATO-nu daha çox aşındırır. NATO-nun aşınma prosesi əslində Sovet İttifaqının və sosialist düşərgəsinin dağılmasından sonra başlayıb. Əlbəttə, NATO-ya üzv ölkələr arasında münasibətlər hazırda daha gərgindir, lakin Soyuq müharibə dövründə bu ziddiyyətlər ilk növbədə, ABŞ-ın müdaxiləsi ilə tənzimlənirdi, ikincisi isə üzvlər socialist düşərgəsinə qarşı ümumi qarşıdurmanın vacibliyini dərk edirdilər.

1990-cı illərdə vəziyyət dəyişdi və demək olar ki, dərhal NATO-nun sonrakı mövcudluğunun məqsədəuyğunluğu məsələsi ortaya qoyuldu. Müasir NATO bloku, ABŞ-ın Avropa və Aralıq dənizinə siyasi təsirini saxlamaq üçün əsas vasitədir. Bir çox NATO üzvü olan ölkələr artıq Vaşinqtondan uzaqlaşıraq xarici siyasətdə nəhəng güclərdən azad olmaq istəyirlər. Bu ölkələr arasında Azərbaycanın strateji tərəfdaşı Türkiyə də xüsusi yer tutur. NATO sistemində Türkiyə hər zaman çox əhəmiyyətli rol oynayan vacib ölkə hesab edilir.

Şimal Atlantika İttifaqı mövcudluğunun başlanğıcından Sovet İttifaqına və sosialist düşərgəsinə qarşı yönəlib. Əvvəlcə, 1949-cu ildə Şimali Atlantika Müqaviləsinə üzvlüyü ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, Portuqaliya, Lüksemburq, Belçika, Hollandiya, Danimarka, Norveç və İslandiya təmsilçiləri imzaladılar. Türkiyə NATO-ya bir az sonra, 1952-ci ildə blokun "Birinci genişləndirilməsi" zamanı qoşuldu. Nəticədə NATO Aralıq və Qara dənizə birbaşa çıxışı olan, Bosfor və Dardanel boğazlarına nəzarət edən, SSRİ-nin cənub sərhədlərində yerləşən, böyük bir orduya malik, qüdrətli bir ölkə ilə müttəfiq oldu.

Türkiyənin özü də bir sıra amillərə görə NATO-ya üzv olmağa can atırdı. Birincisi, İkinci Dünya Müharibəsi dövründə Sovet rəhbərliyi həm özünün, həm də Ermənistanın dili ilə Türkiyəyə qarşı ərazi iddiaları səsləndirirdi. Digər tərəfdən Türkiyə uzun müddət Sovet İttifaqı tərəfindən Qafqaza hücum edə biləcək Almaniyanın potensial müttəfiqi hesab edilırdi. Stalin Türkiyə ilə sərhəddə Qızıl Ordu qüvvələrinin böyük bir hissəsini saxlamağa məcbur idi. Yəni, Türkiyə müharibədə iştirak etməsə belə Sovet qoşunlarının əhəmiyyətli bir hissəsini özünə cəlb edə bilir və Balkanları qoruya bilirdi. 1945-ci ilin iyulunda Potsdam Konfransında Sovet xarici işlər naziri Molotov Çörçil ilə görüşdə qeyd edir ki, 1921-ci ildə Türkiyə Zaqafqaziyada Sovet Rusiyasının ərazisindən Qars, Artvin və Ərdəhanı ələ keçirib, buna görə də SSRİ-Türkiyə sərhəddi yenidən nəzərdən keçirilməlidir. Sovet rəhbərliyi hesab edirdi ki, bu ərazilər Sovet İttifaqına qaytarılmalıdır. Lakin Stalin heç bir zaman Türkiyədən ərazi güzəştləri əldə edə bilmədi. Nəticədə Türkiyə ABŞ tərəfə meylləndi.

İkincisi, 1920-ci ilin əvvəllərindən Türkiyə rəhbərliyi Sovet İttifaqının türk cəmiyyətinə ideoloji təsirindən müəyyən qədər ehtiyat edirdi. Türkiyə ziyalıları arasında sosialist ideyalar çox məşhur idi. Məsələn, məşhur şair Nazım Hikmət Türkiyədəki həbsxanadan sərbəst buraxıldıqdan sonra daimi olaraq Moskvada yaşayırdı.

Lakin Qərbi Avropa ölkələri və ABŞ, Türkiyənin NATO-ya üzvlüyünə dərhal razı olmadı. Ankara qərbli müttəfiqlərə öz əhəmiyyətini sübut etmək məcburiyyətində qaldı. ABŞ prezidenti Harri Trumenin israrlı mövqeyi də müsbət rol oynadı. O, Türkiyənin və Yunanıstanın sosialist düşərgəsinə keçəcəyi təqdirdə, Qərbin bütün Yaxın Şərqə nəzarəti itirəcəyindən ehtiyatlanırdı.

Ankara isə Qərbə öz zəruriliyini sübut etmək üçün çox əhəmiyyətli bir addım atdı - kommunist Şimali Koreyası ilə mübarizə aparmaq üçün ABŞ-dan sonra Cənubi Koreyanın köməyinə öz qoşunlarını göndərən ikinci ölkə oldu. Əvvəlcə 4,5 min türk əsgəri, sonra isə təminat bölmələri Koreya yarımadasına göndərildi. Türkiyə ordusunun Koreya müharibəsində iştirakı onun NATO-ya daxil olması üçün əsas arqumentlərdən biri oldu.

NATO-ya qəbul edilmədən öncə Türkiyə Trumenın ABŞ meylli hökumətlərə maliyyə və digər yardımların göstərilməsini nəzərdə tutan doktrinasına qatıldı. Müharibədən sonrakı ilk 15 ildə Türkiyənin aldığı yardımların 70 faizindən çoxu hərbi yardımlardan - silah, hərbi və xüsusi texnikalardan ibarət idi. Türkiyə Silahlı Qüvvələrinə hərbi yardım göstərilməsi ilə bərabər ölkə ərazisində hərbi hava, hərbi dəniz, raket bazaları və radiotexniki kəşfiyyat obyektləri inşa edildi.

Türkiyə ilə yanaşı, 1952-ci ildə Yunanıstan da NATO-ya qəbul olundu. Bildiyimiz kimi, bu iki qonşu ölkə arasında tarixən çox mürəkkəb münasibətlər mövcud olub. Orta əsrlərə getsək Bizans imperiyasının süqutunu türklərin gətirdiyini görərik. Yalnız XIX-XX əsrin əvvəllərində Türkiyə və Yunanıstan ən azı altı dəfə (1821-1832, 1853-1854, 1897, 1912-1913, 1917-1918 və 1919-1922-ci illərdə) müharibə ediblər.

Əslində belə bir qanlı tarixi olan iki rəqib dövlətin NATO kimi blokda müttəfiq olaraq birləşməsi nonsens hesab olunurdu, lakin Soyuq müharibə dövründə, Türkiyə və Yunanıstan hökumətlərinin kommunistlərə və Sovet İttifaqına münasibəti, bu ölkələrdə sovet rejiminin yaradılmasını istisna etmək istəyən ABŞ- ın təzyiqləri öz nəticəsini verdi. 1955-ci ildə iki ölkə arasındakı əlaqələr yenidən pisləşdi. 1950-ci illərdən bəri isə iki ölkə dəfələrlə silahlı qarşıdurmanın astanasından geri dönüb.

Yunanıstan-Türkiyə münasibətləri NATO blokunun vəziyyətinə təsir edən ən başlıca parçalanma amillərindən biridir. Əgər 1950- 1980-ci illərdə Yunanıstan və Türkiyə qarşıdurması sovet təsirinə qarşı mübarizədə birgə əməkdaşlığa ehtiyac duyurdusa, Sovet İttifaqının dağılması bu ideoloji motivasiyanı aradan qaldırdı.

Bu gün Türkiyə və Yunanıstan arasında münasibətlər kifayət qədər gərgindir. Təbii ki, Türkiyə və Yunanıstanın eyni hərbi-siyasi blokda təmsil olunması böyük problemlər yaradır, lakin ABŞ hələ də onları əldə saxlamağa çalışır, şünki hər iki ordu Şərqi Aralıq dənizində NATO qüvvələrinin onurğa sütünu hesab edilir.

Qeyd etmək lazımdır ki, Türkiyənin özündə NATO üzvlük məsələsi bütün əhali tərəfindən birmənalı qarşılanmayıb. Yaxın Şərqin bir parçası olan Türkiyədə daim ABŞ və Qərbə qarşı soyuq münasibət üstünlük təşkil edib. Türkiyənin NATO-ya qəbulu isə sırf ABŞ layihəsi kimi dəyərləndirilirdi.

NATO obyektlərin yerləşdirilməsinə və ABŞ qoşunlarının ölkədən çıxarılmasına qarşı əsasən kommunistlər, milliyyətçilər və fundamentalistlər çıxış edirdilər. Hazırda milliyyətçilər bu barədə unudub.

Türkiyənin yeni tarixi ölkədəki PKK terrorçularının və dini radikalların NATO hərbi qurumlarına və hərbi personalına qarşı həyata keçirdiyi terror aktlarının bir çox nümunələrinə şahiddir.

Türkiyənin NATO ilə münasibətlərinin soyumasının əsas səbəbləri yalnız Yunanıstan ilə olan ziddiyyətlər və ya radikal müxalifətin narazılıqlarından ibarət deyil. 2016-cı ildən etibarən ABŞ, PKK-nın Suriyada fəaliyyət göstərən silahlı qolu YPG ilə tərəfdaşlıq münasibətləri yaratdı və onlara kütləvi miqdarda texnika, silah və sursat tədarük etdi. Digər tərəfdən İraqdan çıxarılan bütün hərbi təyinatlı vasitələr də YPG-yə əvəzsiz olaraq verildi. Rəsmi Ankara haqlı olaraq bunu neqativ qəbul etdi, müttəfiqləri olan NATO və ABŞ-ı "Türkiyəyə qarşı mübarizə aparan terrorçularla" əməldaşlıqda ittiham etdi.

Qərb ölkələri tərəfindən məharətlə istifadə edilən kürd məsələsi, onlara Türkiyə sərhədlərində "müstəqil dövlət" yaratmaqları üçün siyasi-hərbi dəstəyin verilməsi Ankara tərəfindən daim ciddi etirazlara səbəb olub. Türkiyənin daxilində ciddi bir nəticəyə nail olmayan rəqib ölkələr Suriyadakı və İraqdakı hakimiyyət boşluğundan istifadə edərək ordakı PKK/YPG dəstələrini Türkiyəyə qarşı silahlandırmağa başladılar. Türkiyə isə sərhədlərində terror dövlətinin yaranmasını qəbul etməyəcəyini həm nəzəri, həm də praktiki formada uğurla ifadə etməkdə davam edir.

Son illərdə Qərbdə PKK-ya münasibət 180 dərəcə dəyişib. Əvvəllər onları SSRİ-nin Türkiyədəki 5-ci kolonu hesab edən ölkələr, nəinki indi Suriya və İraqdakı qüvvələr nisbətini öz xeyirlərinə dəyişmək üçün terrorçuları belə müttəfiq elan etməkdən çəkinmədi, onlardan həm Səddam Hüseynə, həm də Bəşər Əsədə qarşı uğurla istifadə etdilər. Minimum proqram tapşırıqlarını yerinə yetirən qüvvələr indi də onları "müstəqillik" üçün Türkiyə ilə mübarizə aparması üçün dəstəkləyir. Türkiyə cəmiyyətinin bölünməsi üçün Qərb, kimliyindən asılı olmayaraq daim müxalifət qüvvələrinin yanında yer alır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropada seçki kompaniyası əngəlləndi. Son silahlı çevriliş zamanı ölkədən qaçan üsyançıların əksəriyyəti Almaniyaya sığındı. Onların ekstrdisiyasına nail ola bilməyən Ankara isə əks addım olaraq bundestaq deputatlarına İncirlik hərbi bazasındakı alman zabit və əsgərləri ziyarət etməyə icazə vermədi. Yaranan gərginlik Almaniyanın məhdud kontingentini NATO-nun İordaniyadakı hərbi bazasına köçürməsi ilə nəticələndi. Almaniya və Türkiyə arasındakı münasibətlər çiddi şəkildə zədələnib və hazırda Berlin Ankaranın hərəkətlərini təhdid olaraq dəyərləndirir.

Nəticədə, Qərbdən və NATO-dan kifayət qədər zərbə alan Türkiyə və Rusiya yaxınlaşmağa məcbur oldu. Həm Türkiyənin, həm Rusiyanın indiki rəhbərləri böyük siyasi ambisiyalara malikdir, müstəqil xarici siyasət yürüdürlər. Türkiyənin ABŞ və NATO-nun əzəli rəqibi olan Rusiya ilə münasibətlərini yaxınlaşdırması, əslində Qərbin PKK/YPG dəstəyinə simmetrik cavabı kimi dəyərləndirilməlidir.

NATO-nun komandanlığı da dəfələrlə Türkiyə ilə Rusiya arasında yaxınlaşmadan ciddi narahat olduğunu dolayısı ilə bildirib. Ərdoğan isə Türkiyənin müstəqil xarici siyasət apardığını və bu xətti davam etdirəcəyini daim ABŞ və NATO-ya nümayiş etdirib. Məsələn son zamanlar şahid olduq ki, əgər Ankaraya Rusiya silahı almaq üçün Moskva ilə əməkdaşlıq əlverişlidirsə, onu heç bir müttəfiq və ya NATO ölkəsi dayandıra bilməz.

Türkiyə ilə Rusiya arasında böyük bir ticarət dövriyyəsi əmələ gəlib. Ankara üçün Qərbin Rusiyaya qarşı sanksiya kampaniyasına qoşulmaq əlverişli deyil və bu gözlənilmir.

Avropadakı miqrasiyanın vəziyyəti də bu gün regionda vacib rol oynayır. Avropa ölkələrinin liderləri Türkiyədən miqrantların Avropaya axınına maneə törətməsini və onları öz ərazilərində yerləşdirilməsini tələb edir. Bu sahədə əsas "kozır" Türkiyənin əlindədir. Türkiyəyə güzəştə gedilmədiyi təqdirdə 3 milyonluq miqrant ordusu, yaxınlarda 600 nəfəri həftələrlə yerləşdirə bilməyən Avropaya getmək üçün sadəcə sərhəd qapısının aşılmasını gözləyir.

Əlbəttə ki, Türkiyənin NATO-dan çıxış perspektivləri barədə danışmaq çox erkəndir. Türkiyə 66 ildir ki, NATO tərkibindədir. Bu müddət ərzində Türkiyə-ABŞ və Türkiyə-Avropa hərbi əməkdaşlığı üçün nəzərdə tutulan güclü bir infrastruktur qurulub. Türkiyə hələ də NATO-ya üzvlükdən müəyyən üstünlükləri əldə edir. Lakin Ərdoğan Brüssel və Vaşinqtona aydın şəkildə Ankaraya "lal dinməz top əti" tədarükçüsü kimi yanaşmağa son qoyulmalı olduğunu başa sala bilib.

Xarici siyasət qərarlarının qəbul edilməsində Türkiyənin artan müstəqilliyi, ABŞ və Avropa İttifaqını hərbi əməkdaşlıq məsələlərində Ankaranın mövqelərini ciddiyyətlə nəzərə almağa və onlarla hesablaşmağa məcbur edəcək.

ABŞ üçün unikal bir geosiyasi mövqeyə sahib müttəfiq olaraq Türkiyəni itirmək tamamilə yanlış addımdır. Buna görə yaxın gələcəkdə, həm ABŞ, həm də Qərb bir çox məsələlərdə Ankaraya güzəştə getməli olacaq. Bu məsələlər siyahısına YPG-yə təmənnasız verilən silahların geri alınması, Mümbicin terrordan təmizlənməsi, Suriya və İraqla sərhəddə terrordan təmizlənmiş bufer zonanın yaradılması, Rusiyanın S-400 ZRK-nın F- 35 qırıcılıarının sonrakı partiyalarının tədarükünə mane olmaması və s. daxil ola bilər. Ərdoğan Rusiya ilə münasibətləri qoruyaraq, Türkiyənin ərazi, geosiyasi və digər üstünlüklərindən istifadə edərək, ölkəsinin NATO-ya üzvlüyündən mümükün qədər daha çox fayda əldə etməyə çalışacaq.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Türkiyə-NATO   ABŞ  

Xəbər lenti

Sevgi və nifrət: Türkiyə-NATO münasibətlərində ABŞ faktoru – HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2018/07/345435_1524913284_4592586006.jpg
Oxunub: 2318     11:31     06 İyul 2018    