Topogeodeziya və hidroqrafiya ixtisası üzrə toplantı keçirilib - FOTOLAR

2018/06/7175f6a304df5b408c60d9868ea6909a_1530286409_1530292460.jpg
Oxunub: 2990     23:29     29 İyun 2018    
2018-ci ilin hazırlıq planına əsasən Naviqasiya və Kartoqrafiya İdarəsində topogeodeziya təminatının təşkili və hidroqrafiya işi üzrə ixtisaslı zabitlərlə toplantı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, plana əsasən idarənin mütəxəssis heyəti tərəfindən topogeodeziya avadanlıqlarının və Coğrafi Analiz Sistemi proqramının funksiyaları barədə təlim məşğələləri təşkil edilib.

Məşğələlərdə Coğrafi Analiz Sistemi proqramında rəqəmsal xəritələr və üç ölçülü modellərlə işləmə qaydası, məlumatların təhlil edilməsi, əməliyyatlarda proqramın əsas funksiyaları barədə geniş məlumat verilib, eləcə də xüsusi avadanlıqlardan istifadə edilməklə ərazidə ölçmə işlərinin aparılması praktiki olaraq nümayiş etdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər:

Topogeodeziya və hidroqrafiya ixtisası üzrə toplantı keçirilib - FOTOLAR

2018/06/7175f6a304df5b408c60d9868ea6909a_1530286409_1530292460.jpg
Oxunub: 2991     23:29     29 İyun 2018    