32 ölkənin iştirakı ilə geniş miqyaslı hərbi təlimlər keçiriləcək

2018/06/1196395_1530277086.jpg
Oxunub: 895     20:57     29 İyun 2018    
Rusiyada bu il ənənəvi olaraq keçirilən yarış xarakterli geniş miqyaslı hərbi təlimlərdə 6 dövlət ilk dəfə iştirak edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlər 28 iyul – 11 avqust tarixlərində baş tutacaq.

Təlimlərlə bağlı Rusiya Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunub ki, təlimlərdə iştirak edəcək 32 ölkədən Azərbaycan, Rusiya, Çin, Qazaxıstan, İran və Belarus təşkilatçılar qismində fəaliyyət göstərəcək.

Qeyd edək ki, ənənəvi olaraq hər il yayda baş tutan təlimlərdə Əl-Cəzair, Vyetnam, Myanmar, Pakistan, Sudan və Filippin bu il ilk dəfə iştirak edəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Təlimlər  

32 ölkənin iştirakı ilə geniş miqyaslı hərbi təlimlər keçiriləcək

2018/06/1196395_1530277086.jpg
Oxunub: 896     20:57     29 İyun 2018    