“Maven layihəsi süni zəkanın hərbdə istifadəsinin başlanğıcıdır” – General

2018/06/456456_1530276242.jpg
Oxunub: 1164     20:42     29 İyun 2018    
ABŞ HHQ komandanlığının rəhbəri general Ceyms Holmes şirkətləri hərbi məqsədli yüksək texnoloji layihələr üzərində işləməyə çağırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, general bu barədə dünən çıxış edib.

General bildirib ki, hazırda bir çox ölkələrdə süni zəkanın və digər yüksək texnoloji layihələrin hərbə tətbiqi üzərində ciddi işlər aparılır.

“Biz bu trenddən geri qalmamalıyıq. Çin, Rusiya və başqa inkişaf etmiş hərbi sənaye ölkələri hərbi innovativ texnologiyaların stimullaşdırılması yolunda nəhəng layihələr həyata keçirir. ABŞ da bu sahədə addımlar atmalıdır. Yoxsa öz mövqeyimizi itirə bilərik. Maven layihəsi süni zəkanın müdafiə sənayesinin tətbiqinin ilkin mərhələsidir”, - deyə Holmes qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Maven-layihəsi   SZ  

“Maven layihəsi süni zəkanın hərbdə istifadəsinin başlanğıcıdır” – General

2018/06/456456_1530276242.jpg
Oxunub: 1165     20:42     29 İyun 2018    