Ali Hərbi Məktəbdə mühazirə keçirilib - FOTOLAR

2018/06/muhazire_290618_01_1530269497.jpg
Oxunub: 2399     18:50     29 İyun 2018    
Azərbaycan Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində tədbir keçirilib.

Fonddan Ordu.az-a verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunan tədbirdə Bilik Fondunun mühazirəçisi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük elmi işçisi, dosent Ariz Abduləliyev “Azərbaycan musiqisində vətənpərvərlik motivləri” mövzusunda mühazirə deyib.

Azərbaycan Ali Hərbi məktəbinin rəis müavini, polkovnik Mikayıl Hüseynov tədbiri açaraq, qonağı iştirakçılara təqdim edib. Mövzu barəsində danışan rəis müavini bildirib ki, gənclərdə vətənpərvərlik ruhunun formalaşması və inkişafında milli musiqimizin rolu danılmazdır.

Bakı Musiqi Akademiyasının dosenti A.Abduləliyev zabitlər və kursantlar qarşısında etdiyi çıxışda qədim və orta əsrlərdə, eləcə də XX əsrdə, müasir dövrdə orduda, hərbi yürüşlərdə səslənən musiqi janrları, hərbi marşlar, əsgər və səngər mahnıları haqqında ətraflı məlumat verib.

Natiq qeyd edib ki, kompleks yanaşma tələb edən vətənpərvərlik tərbiyəsində musiqidən, onun mənəvi təsir gücündən həmişə istifadə olunub.

Məruzəçi Azərbaycan xalqının musiqi yaradıcılığında, qəhrəmanlıq eposlarında, folklorunda əksini tapan vətənə və vətənpərvərliyə həsr olunan qəhrəmanlıq nəğmələrindən söz açıb, Vətən, Qarabağ, şəhidlik, qəhrəmanlıq mövzularına həsr olunan musiqi əsərləri haqqında maraqlı fikirlər səsləndirib.

Mühazirə boyunca zabit və kursantlar vətənpərvərlik mövzusunda musiqi nümunələri dinləyiblər.

Sonda şəxsi heyət qarşısındakı maraqlı məruzəsinə görə A.Abduləliyevə Ali Hərbi Məktəbin Fəxri Fərmanı təqdim edilib.

Ordu.az

Foto

Teqlər: Ali-Hərbi-Məktəb   Mühazirə  

Ali Hərbi Məktəbdə mühazirə keçirilib - FOTOLAR

2018/06/muhazire_290618_01_1530269497.jpg
Oxunub: 2400     18:50     29 İyun 2018    