Yaponiya raketdən müdafiəsini gücləndirməkdə qərarlıdır

2018/06/456456_1530195322.jpg
Oxunub: 977     00:48     29 İyun 2018    
Şimali Koreya ilə gərginliklərin səngiməsinə baxmayaraq Yaponiya rəhbərliyi ölkənin raketdən müdafiə imkanlarının gücləndirilməsi istiqamətində tədbirlər görməyə davam edir.

Ordu.az “Stripes”ə istinadən xəbər verir ki, ötən ilin dekabr ayında Yaponiya hökuməti iki ədəd “Aegis Ashore” ballistik raketdən müdafiə sistemlərinin alınmasına dair planı qəbul etdi.

Plana görə, bu sistemlər o zaman artmaqda olan Şimali Koreya təhdidinə qarşı Yaponiyanı mühafizə edəcəkdi. Üzərindən 6 ay keçdikdən sonra Şimali Koreya lideri Kim Çen In Donald Trampla Sinqapurda görüşərək raket sınaqlarını və nüvə proqramını dayandıracağına söz verib.

Qarşılığında Birləşmiş Ştatlar Cənubi Koreya ilə yarımada ətrafında müharibə oyunlarını təxirə salıb. Gücləndirilmiş təhlükəsizlik vəziyyəti Yaponiyanın raketdən müdafiəyə daha çox ehtiyacı olması iddialarını sual altına qoyub.

Yaponiya Müdafiə naziri İtsunori Onodera isə Şimali Koreyanın hələ də Yaponiyanı vura biləcək silahlara sahib olduğunu bildirib. Onun sözlərinə görə, Şimali Koreyadan gələn təhdid hələ ki, dəyişməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yaponiya   Raketdən-müdafiə  

Yaponiya raketdən müdafiəsini gücləndirməkdə qərarlıdır

2018/06/456456_1530195322.jpg
Oxunub: 978     00:48     29 İyun 2018    