ABŞ Hindistana THAAD raketlərini təklif etməyi nəzərdən keçirir

2018/06/345345_1530194641.jpg
Oxunub: 1101     00:02     29 İyun 2018    
Birləşmiş Ştatlar S-400-lərin alınmasına dair Hindistanın Rusiya ilə olan müqaviləni ləğv etməsi üçün THAAD raketlərini təklif etməyi düşünür.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə “Economic Times” dərgisinin yazısında qeyd olunub.

Yazıda iyulun 6-da Hindistanın Xarici İşlər və Müdafiə nazirlərinin Vaşinqtona səfəri zamanı ABŞ-ın sözügedən məsələni gündəmə əlavə edə biləcəyi ehtimalı səsləndirilir.

Belə ki, ABŞ S-400-lərə qarşı Hindistana özünün THAAD raketdən müdafiə sistemlərini təklif edə bilər. THAAD-lar uzaq mənzilli ballistik raketlərə qarşı olduqca effektivdir.

Digər tərəfdən ABŞ Konqresi Rusiyadan silah alış-verişində olanlara qarşı sanksiya tətbiqini nəzərdə tutan qanunu da qəbul edib. Lakin Hindistan S-400-lərin alınmasına dair danışıqlara bu qanunun qəbulundan əvvəl başladığını iddia edir.

Ağalar Ağalarlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ-Hindistan   THAAD  

ABŞ Hindistana THAAD raketlərini təklif etməyi nəzərdən keçirir

2018/06/345345_1530194641.jpg
Oxunub: 1102     00:02     29 İyun 2018    