SIPRI: Rusiya büdcəsinin 20 faizi hərbi xərclər üçün istifadə olunur

2018/06/345345_1530194303.jpg
Oxunub: 1311     01:22     29 İyun 2018    
Dövlət büdcələrinə olan nisbətinə görə ölkələrin hərbi büdcələrinin müqayisəsinin aparıldığı rəsmi statistik məlumat dərc olunub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, araşdırma Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutu (SIPRI) tərəfindən aparılıb.

Verilən statistik məlumatda qeyd olunub ki, bu sahədə bütün dünya ölkələrinin ortalama göstəricisi 1,1 faiz təşkil edir.

Məlumatda həmçinin bir çox ölkənin də ayrı-ayrılıqda hərbi xərcləri qeyd olunub.

Statistikaya əsasən demək olar ki, bütün Afrika ölkələri öz büdcələrinə nisbətdə hərbiyə ən çox pul xərcləyən ölkələr sırasında yer alır.

Həmçinin Rusiya da bu baxımdan fərqlənənlər arasındadır. Belə ki, Rusiya dövlət büdcəsinin beşdə biri hərbi məqsədlər üçün istifadə olunur ki, buna görə də Moskva dünyada liderdir.

Ən az hərbi xərclər isə Kosta-Rika və İslandiya kimi ölkələrə məxsusdur. Belə ki, bu dövlətlərdə hərbi xərclər dövlət büdcəsinin yarım faizini belə təşkil etmir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   SIPRI  

SIPRI: Rusiya büdcəsinin 20 faizi hərbi xərclər üçün istifadə olunur

2018/06/345345_1530194303.jpg
Oxunub: 1312     01:22     29 İyun 2018    