Trampdan Trüdoya məktub: “Müdafiə xərclərini artırın”

2018/06/1548541021454_1529733786.jpg
Oxunub: 2192     14:00     23 İyun 2018    
ABŞ prezidenti Donald Tramp NATO-nun 11-12 iyul tarixlərinə planlaşdırılmış sammiti öncəsində üzv dövlətləri müdafiə xərclərini artırmağa sövq etməyə davam edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp Kanada Baş naziri Castin Trüdoya məktub yazaraq yenidən müdafiə xərclərini artırmağa çağırıb.

O, məktubunda Birləşmiş Ştatlarla NATO arasında məyusedici vəziyyətin olduğunu və bunun getdikcə artdığını qeyd edib. Buna səbəb isə Kanada kimi müttəfiq dövlətlərin vəd etdiklərinin əksinə olaraq hələ də hərbi xərclərini artırmamasıdır.

“Bu məyusluq bizim icraedici hakimiyyətimizlə məhdudlaşmır. Birləşmiş Ştatlar Konqresi də bu barədə qeydlər götürür və narahatdır. ABŞ alyansın təhlükəsizlik çətinliklərini daha ədalətli paylaşmaqda uğursuz olmasını görməzdən gəlmək istəmir. Ən çox potensiala və liderliyə sahib ölkələrdən biri kimi Kanada da müdafiə xərclərini 2%-dən aşağıda saxlamağa davam edir. Lakin bu, Kanadanın verdiyi vədlə üst-üstə düşmür”, - deyə məktubda yazılır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Kanada   NATO  

Trampdan Trüdoya məktub: “Müdafiə xərclərini artırın”

2018/06/1548541021454_1529733786.jpg
Oxunub: 2193     14:00     23 İyun 2018    