Rusiya nüvə raketləri sınaqlarını keçirməyə davam edir

2018/06/15848540251458_1529732461.jpg
Oxunub: 2575     09:40     23 İyun 2018    
Rusiya nüvə imkanları raketlərinin sınaqlarına davam edir. O, yaxın aylarda qısa mənzilli həm quru, həm də sualtından atılan qitələrarası ballistik raketləri sınaqdan keçirib.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi son olaraq ötən həftə 9K720 “İsgəndər” qısa mənzilli mobil raket sisteminin sınağından video yayımlayıb.

“İsgəndər” xidmətə 2006-cı ildə verilib və ilk dəfə 2008-ci ildə Gürcüstanla müharibədə istifadə olunub. Moskva onu “Skud” raketlərini əvəzləmək məqsədilə hazırlayıb.

400-500 kilometr mənzilə sahib “İsgəndər” həm ətalət, həm də optik idarəetmə sistemindən istifadə edir. O, 700 kiloqram ağırlığa qədər ənənəvi və nüvə başlıqları daşımağa qadirdir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   nüvə-silahı   İsgəndər-raketi  

Xəbər lenti

Rusiya nüvə raketləri sınaqlarını keçirməyə davam edir

2018/06/15848540251458_1529732461.jpg
Oxunub: 2576     09:40     23 İyun 2018    