Erməni ekspertdən önəmli açıqlama: "Azərbaycan Tavuş vilayətində uğurlu əməliyyatlar həyata keçirib"

2018/06/345345_1529675168.jpg
Oxunub: 10023     21:58     22 İyun 2018    
"Azərbaycan həmişə sübut edib ki, bəyanatları boş yerə vermir və bu bəyanatlar havada qalmır. Buna misal olaraq, Aprel döyüşləri, Tavuş vilayəti ərazisindəki digər hərbi əməliyyatlardır".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu bu gun beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sarkisyan öz "Facebook" səhifəsində qeyd edib.

O, Azərbaycanın Hərbi Hava Qüvvələrinin ABŞ istehsalı "Bell-422 tipli helikopterlər əldə etməsinə münasibət bildirib.

"Həmin helikopterlər parad zamanı nümayiş etdiriləcək. Hazırda Azərbaycan tərəfinin bu helikopterlri necə əldə edə bildiyini demək çox çətindir. Dünyanın 30 ölkəsinin silahlanmasında bu helikopterlər mövcuddur. Bu 30 ölkədən biri bunun təkrar satışını həyata keçirə bilər. Amerikanın öz qanunvericiliyini pozma ehtimalına inanmıram", - deyə o qeyd edib.

Hər hənsı digər ölkədən aparılan satışla, birbaşa satış arasında hansı fərqin olduğu, ABŞ tərəfindən bu fakta hələki münasibət bildirilmədiyinə dair suala isə Sarkisyan bu şəkildə cavablandırıb: "İkitərəfli alqı-saqtı müqavilələri bağlanarkən, həmin müqavilədə təkrar satış imkanı qadağan olunur. Belə bir müqavilənin olub olmadığına diqqət yetirmək vacibdir.

Qeyd edək ki, bu tip helikopterlər Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə kimi ölkələrin silahlandırmasında da var və bu helikopterləri 3 ölkədən birinin satdığı istisna edilmir. Bu növ helikopterlər hərbi, nəqliyyat, xilasetmə, yükdaşıma təyinatlıdır. Ancaq Azərbaycan ordusunun silahlanmasına daxil edildiyinə görə hərbiləşdirildiyi güman olunur. Yəni xüsusi təyinatlı hərbi əməliyyatlara uyğunlaşdırılıb".

Erməni ekspert jurnalistin "Azərbaycan tərəfinin öz torpaqlarını geri qaytarmağa hazırlaşdığına dair bəyanatlar verməsinə ciddi yanaşmaq lazımdırmı?" sualına da fəqrli cavab verib.

"ƏIbəttə ciddi yanaşmaq lazımdır. Azərbaycan həmişə sübut edib ki, bəyanatları boş yerə vermir və bu bəyanatlar havada qalmır. Buna misal olaraq, Aprel döyüşləri, Tavuş vilayəti ərazisindəki digər hərbi əməliyyatlarım deyə bilərik. Ona görə də biz daim hazır olmalı və məsələyə ciddi yanaşmalıyıq.

Sarkisyan qeyd edib ki, Ermənistan yalnız Rusiyadan silah alma imkanına malikdir. Azərbaycan isə İsrail, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, bir sıra Avropa ölkələrindən və KTMT-yə üzv dövlətlərdən silah alma imkanı var.

"Belə ki, Azərbaycan istənilən məqamda müxtəlif ölkələrdən silah əldə edir. Bununla da bölgədə silahlar balansı dəyişir. Bu isə öz növbəsində əlbəttə Ermənistan üçün təhdiddir", - deyə o sözlərini yekunlaşdırıb.

Qeyd: Bildiyimiz kimi Azərbaycan Ordusu Aprel döyüşlərindən sonra, yalnız bu ilin may ayında Naxçıvanda düşmənin təxribatlarına cavab olaraq, əks-həmlə əməliyyatları həyata keçirib. Erməni ekspertin Tavuşda Ordumuzun əməliyyatlar keçirməsi ilə bağlı açıqlaması təəccüb doğurur və digər qapalı məqamların olmasından xəbər verir. Həqiqətənmi, Azərbaycan Ordusu Tavuş vilayətində uğurlu əməliyyatlar həyata keçirib? Ermənistan rəhbərliyi yenə nəyi ictimaiyyətdən gizlədir???

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Azərbaycan-Ordusu   Bell-422  

Erməni ekspertdən önəmli açıqlama: "Azərbaycan Tavuş vilayətində uğurlu əməliyyatlar həyata keçirib"

2018/06/345345_1529675168.jpg
Oxunub: 10024     21:58     22 İyun 2018    