Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlər Polşa, Latviya, Litva, Estoniya və Böyük Britaniyadan olan ümumilikdə 18 min hərbçinin iştirakı ilə baş tutur.
NATO-dan təlimlərlə bağlı verilən məlmatda bildirilib ki, Böyük Britaniyaya məxsus Norfolk hərbi qüvvələri təcrübə və say baxımından təlimlərin əsasını təşkil edir.
Qeyd edək ki, təlimlər əsasən quru və hava qüvvələrinin hazırlıq səviyyəsinin ölçülməsi məqsədilə həyata keçirilir.
Dəyanət Ağalarlı
Ordu.az