ABŞ Konqresi və Pentaqon arasında Türkiyə qarşıdurması böyüyür

2018/06/345345_1529669932.jpg
Oxunub: 3020     20:17     22 İyun 2018    
Türkiyə ilk F-35-i əldə edib. NATO dövləti olan Türkiyə “Lockheed Martin”dən 100 ədəd F-35 almağı planlaşdırır. Hazırda pilot təlimlərinə göndərilən təyyarələrin Türkiyəyə getməsi isə 2020-ci ildə baş tutacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu önəmli texnologiyanın Türkiyəyə ötürülməsi Konqres üzvləri arasında ciddi etiraza səbəb olub.

Senatorlar Türkiyənin Rusiyadan NATO platformaları üçün uyğun olmayan S-400 havadan müdafiə raket sistemləri almasından dolayı F-35-in Türkiyəyə verilməsinə qarşıdır.

ABŞ konqresinin artıq hər iki palatasının birinci oxunuşundan keçmiş 2019-cu maliyyə ili üzrə müdafiə büdcəsində bu təyyarələrin Türkiyəyə verilməsinin qadağan edilməsi nəzərdə tutulub.

Eyni zamanda ABŞ Dövlət katibi Mayk Pompeo da Türkiyənin S-400-ləri almasından narahatlığını dilə gətirib. Əvəzində Mettis isə Türkiyəni dəstəkləyən açıqlamalar ilə yadda qalıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Türkiyə   Pentaqon   F-35  

ABŞ Konqresi və Pentaqon arasında Türkiyə qarşıdurması böyüyür

2018/06/345345_1529669932.jpg
Oxunub: 3021     20:17     22 İyun 2018    