Xramçikin: "Əgər vəziyyət dəyişməz olaraq qalırsa, bu, yalnız müharibə deməkdir"

2018/06/897_1529666857.jpg
Oxunub: 5155     19:25     22 İyun 2018    
"Hazırda Azərbaycan havada üstünlüyə malikdir... Ermənistanın hərbi aviasiya qüvvələri Rusiya istehsalı olan SU-30SM çoxfunksiyalı döyüş təyyarələri ilə tezliklə komplektləşdirilə bilər... Üzr istəyirəm, ancaq sülh yolu ilə həll nə deməkdir, mən başa düşmürəm. Dinc yolla həll bir tərəfin hər hansı bir şərt olmadan məğlub olmasını nəzərdə tutur, amma bilmirəm ki, hansı tərəf hazırda müharibə başlamadan məğlub olmağa hazırdır".

Daha öncə xəbər verdiyimiz kimi, "Kommersant"ın "Yeni baş nazir üçün köhnə bir müqavilə" adlı məqaləsində Ermənistanın ən azı bir eskadriliya, yəni 12 təyyarə alması barədə məlumatlar yayılıb.

"Qırıcıların tədarükü haqqında razılaşma 2012-ci ildə imzalanıb, lakin qəzetin məlumatına görə, müştəri ilə yaranan maliyyə problemləri səbəbindən bu qüvvəyə minməyib", -deyə məlumatda qeyd olunur.

"Kommersant" öz mənbələrinə istinadən yazır ki, Ermənistanın SU-30SM qırıcıları əldə etməsi haqqında məlumatlar, Nikol Paşinyanın Erebuni hava limanında dayanan qırıcının pilot kabinəsində çəkdirdiyi bir fotoşəkli "Facebook"da yerləşdirməsindən sonra yenidən bərpa olunub.

Qəzetin məlumatına görə, 2012-ci ildə Rusiya prezidenti Vladimir Putin Ermənistana ən azı 12 döyüş təyyarəsinin satılmasına icazə verib.

"Moskva erməni tərəfinin maliyyə problemlərini həll etməyə çalışırdı və İrəvana daxili qiymətlərlə təyyarə almağa imkan verirdi" - deyə qəzet bildirib.

"Kommersant"ın verdiyi məlumata görə, Moskva Ermənistandan alınan sifarişlərin tezliklə icra edilməsinə çalışır, çünki bu sifarişin icrası İrqutsk aviasiya zavodunun işçilərinin 2022-ci ilə qədər işlə təmin edilməsinə də şərait yaradacaq.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Moskva Siyasi və Hərbi Təhlil Mərkəzinin direktor müavini Aleksandr Xramçikin "Kommersant"ın nəşr etdiyi məlumatla tanış olduğunu, lakin layihənin nə yerdə olduğunu bilmədiyini qeyd edib. "Kim ləğv etdi, kimin satın alacağını, necə və hansı müddətdə bilmirəm. Buna görə əslində nə baş verdiyini söyləmək çətindir".

Xramçikin bildirir ki, məlumat yalnız Paşinyanın fotoşəkili ilə bağlıdır. "Başqa bir şeylə heç bir əlaqəsi yoxdur".

Eyni zamanda Xramçikin detalları açıqlayır: “Buna baxmayaraq, bu döyüş təyyarələri olduqca müasir və yaxşı təyyarələrdir və bu, Ermənistan və Azərbaycan arasındakı vəziyyəti keyfiyyətcə dəyişəcək. Hazırda Azərbaycan havada üstünlüyə malikdir, ancaq Ermənistanın ən azı birini əldə etsə, vəziyyət əks istiqamətə yönələcək".

O, Qarabağ münaqişəsinin mümkün həllini və Ermənistanın siyasi dəyişikliklərindən sonra sülh yolu ilə nizamlanma prosesində irəliləyiş əldə edilə biləcəyinə dair müşahidələrinə də toxunub: "Üzr istəyirəm, ancaq sülh yolu ilə həll nə deməkdir, mən başa düşmürəm. Dinc yolla həll bir tərəfin hər hansı bir şərt olmadan məğlub olmasını nəzərdə tutur, amma bilmirəm ki, hansı tərəf hazırda müharibə başlamadan məğlub olmağa hazırdır".

Xramçikin sözünə davam edərək, mən bu barədə çox danışmışam, ancaq əgər tərəflərin mövqeyi 20 ildən artıqdır bir-birini inkar edərək, dəyişməz qalırsa, bu, yalnız müharibə deməkdir.

"Əlbəttə ki, status-kvonun saxlanılması sonsuza qədər davam edə bilər, yəni bu faktiki olaraq Ermənistanın qələbəsi deməkdir. Amma Azərbaycan bunu nə dərəcədə qəbul edər bilmirəm, bunu Bakıdan soruşmaq lazımdır", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər:

Xramçikin: "Əgər vəziyyət dəyişməz olaraq qalırsa, bu, yalnız müharibə deməkdir"

2018/06/897_1529666857.jpg
Oxunub: 5156     19:25     22 İyun 2018    