Xocavənddə SQ-nin yaradılmasının ildönümünə həsr edilmiş tədbir keçirilib - FOTOLAR

2018/06/11_1529602653.jpg
Oxunub: 3903     01:24     22 İyun 2018    
Xocavənddə Azərbaycan Silahlı Qüvvələrinin (SQ) yaradılmasının ildönümünə həsr edilmiş tədbir keçirilib.

Ordu.az xəbər verir ki, Müdafiə Nazirliyinin və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə rəmzi yürüşlə start verilib.

Ön cəbhədə xidmət edən hərbçilərin, hərbi döyüş maşınlarının, ölkənin müxtəlif ərazilərindən gəlmiş müharibə əlilləri və veteranlarının, habelə Xocavənd sakinlərinin iştirakı ilə başlanan yürüş təxminən 2 kilometr davam edib. Sonra qəsəbənin bayraq meydanında toplanan insan izdihamı Ordu Birliyi tərəffindən təşkil edilmiş sərgi ilə tanış olublar.

Tədbirin rəsmi hissəsində çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan Ordusunun keçdiyi keşməkeşli inkişaf yolundan söz açıb. Rayon rəhbəri bir daha müqəddəs gün münasibəti ilə bütün hərbçiləri təbrik edib.

Daha sonra şəxsi heyət qarşısında çıxış edən, Azərbaycan Ordusunun Birlik komandiri general-mayor Mayis Bərxudarov ordumuzun son illər cəbhədə qazandığı uğurlardan geniş şəkildə danışıb və şəxsi heyəti təbrik edib.

Tədbirdə aprel döyüşlərində yaralanmış hərbçilər, keçmiş döyüşçülər, həmçinin əhali arasında hərbi vətənpərvərliyin təbliğində rolu olan bir qrup media nümayəndələri fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib.

Mərasimdə kəşfiyyatçı əsgərlərin nümunəvi çıxışları da maraqla izlənilib.

Tədbir Xalq artisti Azərinin solo konsert proqramı ilə davam etdirilib.

Elgün Gəncimsoy
Ordu.az

Foto

Teqlər: Xocavənd   Azərbaycan-Ordusu  

Xocavənddə SQ-nin yaradılmasının ildönümünə həsr edilmiş tədbir keçirilib - FOTOLAR

2018/06/11_1529602653.jpg
Oxunub: 3904     01:24     22 İyun 2018    