Rusiya “Terminator”u əlavə silahlarla təchiz edəcək

2018/06/tank345345_1528785374_1529234327_1529587163.jpg
Oxunub: 5076     23:41     21 İyun 2018    
Rusiyanın “Terminator” qabaqcıl tank dəstək döyüş vasitəsi 30 mm-lik ağıllı mərmilər atma imkanına malik olacaq.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Texmaş Elmi və İstehsalat Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu mərmilərin hazırlanması üzrə işlər artıq yekun mərhələdədir. Buna bənzər qərbdə istifadə olunan mərmilər düşmənin sipər almış canlı qüvvəsi, raketləri və kiçik ölçülü dronlarına qarşı effektivdir.

“Rusiya QQ-nin maraqları üzrə 30 mm-lik idarəolunan atəş mərmilərindən istifadə edən sistemin hazırlanması işləri artıq tamamlanmaq üzrədir”, - deyə “Texmaş”dan edilən açıqlamada qeyd olunub.

Qeyd edək ki, “Terminator” vasitəsi iki ədəd 30 mm-lik 900 mərmiyə malik 2A42 topu ilə təchiz edilib. O, təzəlikcə Rusiya Quru Qoşunlarının istifadəsinə verilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Terminator  

Rusiya “Terminator”u əlavə silahlarla təchiz edəcək

2018/06/tank345345_1528785374_1529234327_1529587163.jpg
Oxunub: 5077     23:41     21 İyun 2018    