Ermənistan TŞ-nin katibi: "Cəbhədə gərginlik artıb, narahatlığımız var"

2018/06/342_1529514890.jpg
Oxunub: 4320     01:44     21 İyun 2018    
"Ümumiyyətlə cəbhədə gərginlik artıb, narahatlığımız var".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq” radiosunun "Facebook"dakı mətbuat konfransında cəbhə xəttindəki son vəziyyətə münasibət bildirərkən deyib.

Qriqoryan bildirib ki, Nikol Paşinyanın Qarabağa səfər etməsininin əsas səbəblərindən biri cəbhədəki son vəziyyətlə tanış olmaqdan ibarət olub.

"Azərbaycan Ordusu gündəlik yerdəyişmələrini davam etdirir, lakin bunlar nəzarətdə saxlanılır. Ümumiyyətlə cəbhədə gərginlik artıb, narahatlığımız var", - deyə o vurğulayıb.

Rusiya istehsalı olan qırıcılarla Ermənistanın HHM qoşunlarının komplektləşdirilməsi ilə bağlı yayılan məlumatlara cavab olaraq Qriqoryan qeyd edib ki, yeni hökumətin ümumiyyətlə aviasiya qoşunlarını inkişaf etdirmək məqsədi var və bunun üçün müxtəlif yollar araşdırılır, fikir mübadiləsi aparılır.

Belarus tərəfindən Azərbaycana silah satılmasına da toxunan erməni katib, bu addımın Ermənistan-Belarus münasibətlərinə zidd olduğunu deyib: "Bu barədə narahatlığımızı bildirmişik. Xarici siyasətdə ugurlara nail olmaqda çətinlik çəkirik".

Qriqoryan erməni cəmiyyətinin onlara verdiyi dəstəyin sırf daxili siyasətdə islahatlar aparılmasına nail olunmasından ibarət olduğunu etiraf edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Cəbhə  

Ermənistan TŞ-nin katibi: "Cəbhədə gərginlik artıb, narahatlığımız var"

2018/06/342_1529514890.jpg
Oxunub: 4321     01:44     21 İyun 2018    