Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İraq Xarici İşlər Nazirliyi əməliyyatı qınayan bəyanat yayıb.
“Biz İraq və Suriyada İŞİD terrorçu qrupa qarşı vuruşan qüvvələrin hədəf alınması aktını qınayırıq”, - deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, “Həşd əl-Şəbi” döyüşçülərinin dünən ABŞ təyyarələri tərəfindən Suriya sərhədi yaxınlığında hədəf alındığını və nəticədə 22 nəfərin həlak olduğunu açıqlayıb.
Ağalar Ağalarlı
Ordu.az