ABŞ Senatı 716 milyardlıq müdafiə xərcləməsini qəbul edib: Türkiyəyə qarşı qadağalar?

2018/06/43_1529396150.jpg
Oxunub: 3812     17:11     19 İyun 2018    
Birləşmiş Ştatlar Senatı Tramp administrasiyasının 2019-cu maliyyə ili üçün hazırladığı Milli Müdafiə Səlahiyyətləndirmə Qanununu qəbul edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, səsvermə zamanı 85 nəfər qanunun lehinə, 10 nəfər isə əleyhinə səs verib.

Qanun növbəti maliyyə ili ərzində Pentaqonun baza büdcəsi üçün 617,6 milyard, potensial ölkəxarici əməliyyatlara 68,5 milyard, Enerji Nazirliyinə bağlı müdafiə ilə əlaqəli proqramlara 21,6 milyard və digər müdafiə xərcləmələrinə 8,2 milyard dollar ayrılmasını nəzərdə tutur.

Bu qanunun təsdiqlənməsi ilə senatorlar həm də bəzi əlavə və dəyişiklikləri də təsdiqləyiblər. Bunlara Çinin telekommunikasiya firması ZTE-yə cərmələrin qoyulması, S-400-lərin alınması və ABŞ vətəndaşlarını həbsdə saxladığına görə F-35-in Türkiyəyə satışına qadağa və s. daxildir.

Qanunun qüvvəyə minməsi üçün Nümayəndələr palatası tərəfindən daha bir dəfə təsdiqlənməli, daha sonra uzlaşma tədbiri hər iki palata tərəfindən qəbul edilməli və son olaraq Tramp tərəfindən imzalanmalıdır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Müdafiə-xərcləmələri   Türkiyə  

ABŞ Senatı 716 milyardlıq müdafiə xərcləməsini qəbul edib: Türkiyəyə qarşı qadağalar?

2018/06/43_1529396150.jpg
Oxunub: 3813     17:11     19 İyun 2018    