Orta Tank: Döyüş tanklarının inkişafında T-34-lərin rolu - ARAŞDIRMA

2018/06/1_3057965800.jpg
Oxunub: 4625     20:26     14 İyun 2018    
İkinci Dünya Müharibəsinin gedişində istifadə edilən orta tanklar arasında T-34 tankları xüsusi yer tutur. T-34, A-32 eksperimental layihəsi əsasında yaradılıb və 1939-cu ilin dekabrında silahlanmaya qəbul edilıb. Bu tankın strukturu SSRİ və dünya tank sənayesində keyfiyyətli bir sıçrayışa səbəb olub. Tankda ilk dəfə mərmi əleyhinə zireh, güclü silahlar və etibarlı hərəkətli hissə kimi xassələr birləşdirilib. Mərmi əleyhinə zirehləmədə yalnız böyük qalınlığa malik lövhələrdən deyil, eyni zamanda onların rasional bucaq altında əyilməsindən də istifadə edilib.

Eyni zamanda əllə qaynaq üsulu ilə həyata keçirilən təbəqələrin birləşdirilməsi üsulu istehsal zamanı avtomatik qaynaqla əvəz edildi. Tank əvvəlcə 76.2 mm L-11 topu ilə silahlandı, tezliklə daha güclü F-32 və daha sonra F-34 topu ilə əvəz edildi. Beləliklə, silahlanmasına görə, bu orta tank KV-1 ağır tankına yaxınlaşdı.

Yüksək hərəkətlilik, güclü dizel mühərriki və geniş tırtıllar hesabına təmin edilirdi. Yüksək texnologiyalı dizayna malik müxtəlif avadanlıqlı T-34 tanklarının seriya istehsalı eyni vaxtda 7 müxtəlif zavodda nəzərdə tutulurdu.

Müharibə zamanı istehsal edilən tankların sayının artması ilə yanaşı, onların dizaynını təkmilləşdirmək və istehsal texnologiyalarını asanlaşdırmaq tapşırığı da verilmişdi. İstehsal üçün çətin olan ilkin qaynaqlanan və tökmə qüllə nümunələri daha sadə bir altıbucaqlı qüllə ilə əvəz edildı. Mühərrikin ömrünün artması yüksək effektiv hava təmizləyicilərinin yaradılması, yağlama sisteminin təkmilləşdirilməsi və bütün rejimlərin tənzimləyicisinin tətbiqi ilə əldə edildi. Ana friksionun və dörd pilləli sürət qutusu əvəzinə daha mükəmməl beş pilləli sürət qutusunun tətbiqi orta sürətın artmasına səbəb oldu. Daha davamlı tırtıllar və tökmə dayaq təkərlər dişli çarxın etibarlılığını artırdılar. Beləliklə, tank istehsalının əmək tutumluluğu azalaraq tankın etibarlılığı yüksəldi. Ümumilikdə, müharibə zamanı bütün döyüşlərdə iştirak edən 52.000-dən çox T-34 tankı və ya bu bazada digər döyüş vasitələri istehsal edildi.

T-34 tankının yaradılması tarixi

1937-ci ildə “Xarkov Lokomotiv İnşaat Zavodu”na (183nomrəli) BT-20 yeni təkərli- tırtıllı tankını layihələndirmək və istehsal etmək üçün taktiki və texniki tələblər təqdim edildi. Bu tapşırığı yerinə yetirmək üçün, Müdafiə Sənayesi Xalq Komissarlığının 8-ci Baş İdarəsinin qərarı ilə zavodun nəzdində baş mühəndisə birbaşa tabe olacaq xüsusi konstruktor bürosu yaratdılar. Büro A-20 adlandırıldı. A-20 tankının layihələndirilməsinə paralel olaraq, kütlə və ölçü baxımından A-20-yə demək olar ki, bənzər olan eyni bir tank hazırlandı. Onun əsas fərqi təkərləri hərəkətə gətirən birləşmənin olmamasında idi.

Nəticədə 1938-ci ilin mayın 4-də SSRİ Müdafiə Komitəsinin iclasında hər iki layihə təqdim olundu: A-20 təkərli - tırtıllı tank və A-32 tırtıllı tank. Avqust ayında onlar Baş Hərbi Şuranın iclasında nəzərdən keçirildi, təsdiq edildi və gələn ilin birinci yarısından seriya istehsalına başlanılmasına qərar verildi.

Texniki məlumatlarına və görünüşünə görə, A-32 tankı A-20-dən bir az fərqlənirdi. O, bir ton daha ağır idi (döyüş kütləsi-19 ton), korpus və qüllə eyni ümumi ölçüyə və formaya malik idi. Eyni V-2 dizel mühhərikdən istifadə edilirdi. Əsas fərq təkərləri hərəkətə gətirən birləşmənin olmamasından, zireh qalınlığından (A-20- də 25 mm olan zireh T- 34-də 30 mm idi), 76-mm topdan (ilk nümunədə 45 mm idi) və hər tərəfdə beş dayaq təkərlərinin yerləşdirilməsindən ibarət idi.

Hər iki maşının birgə sınaqları 1939-cu ilin iyul-avqust aylarında Xarkov sınaq mərkəzində aparıldı və onların taktiki-texniki xüsusiyyətlərinin, əsasən də dinamik göstəricilərinin oxşarlığını aşkar etdi. Yollarda döyüş vasitələrinin maksimal sürəti eyni - 65 km/s, orta sürət isə təxminən bərabər idi. İstismar sürətləri də fərqlənmirdi.

Sınaq nəticələrinə əsasən, kütləni artırmaq üçün ehtiyata malik olan A-32 tankının daha güclü zirehlə qorunması məqsədi ilə fərdi hissələrinin möhkəmliyini artırmaq məqsədəuyğun hesab edildi. Yeni tank A-34 olaraq adlandırıldı.

1939-cu ilin oktyabr-noyabr aylarında iki A-32 tankı 6830 kq-a (A-34 kütləsinə qədər) yüklənərək sınaqlardan keçirildi. Bu sınaqların əsasında dekabrın 19-da A-34 tankı T-34 indeksi altında Sovet Ordusu tərəfindən silahlanmaya qəbul edildi. Tankın əsas çatışmamazlığı olan qüllənin darlığı isə heç zaman aradan qaldırılmadı.

1940-ci ildə 183 nömrəli zavod BT-7d tankların istehsalını tam dayandırdı. Daha sonra 183 nömrəli “Tank Konstruktor Bürosu”na T-34 tankının aşağıdakı göstəricilərlə modernləşdirilən T-34M variantını hazırlamaq barədə tapşırıq verildi:

- Korpusun ön zirehinin 100 mm qədər artırılması;
- Tam qaynaqlı qüllə yaratmaq;
- 76 mm L-11 topu əvəzinə, 76 mm F-34 topu yerləşdirmək;
- 4 pilləli əvəzinə, 5 pilləli sürət qutusu yerləşdirmək;
- Tırtıllar üzərində asma saxta gövdə yaratmaq;
- Tankın etibarlılığını artırmaq.

Orijinal şəklində, 1940-cı ilin T-34 tankları zirehli səthlərin çox yüksək keyfiyyətli işlənməsi ilə fərqlənirdi. Müharibə dövründə, bir döyüş vasitəsinin kütləvi istehsalına görə bu göstəriciləri qurban vermək məcburiyyətində qaldılar. 1940-cı il üçün ilkin istehsal planı 150 ədəd olan T-34 sayı iyun ayında 600-a qədər yüksəldi. İstehsalı “Xarkov”la bərabər 100 maşın istehsal edəcək “Stalinqrad Traktor Zavodu”nda (STZ) nəzərdə tutulurdu.

Lakin bu planlar reallıqdan uzaq idi: 1940-cı ilin 15 sentyabrına qədər “Xarkov zavodu”nda yalnız 3 ədəd seriyalı tankı istehsal edildi, Stalinqradın T-34 tankları isə yalnız 1941-ci ildə zavod sexindən ayrıla bildi.

1940-cı ilin noyabr-dekabr aylarında istehsal edilən ilk üç seriyalı tank Xarkov-Kubinka-Smolensk-Kiyev-Xarkov marşrutu üzrə intensiv atəş və istismar sınaqlarına məruz qaldı. Sınaqlar poliqonun zabitləri tərəfindən aparılırdı. Onlar sınaqdan keçirilən vasitələrin döyüş qabiliyyətinə şübhə etdiyinə görə çoxsaylı dizayn qüsurlarının üstünü açdılar. QABTU mənfi bir hesabat təqdim etdi.

1940-cı ildə istehsal edilən T-34 tankları zireh qalınlığına görə o zaman istismarda olan orta tankları üstələyirdi, lakin bu lövhələr böyük bucaq altında meylli quraşdırılırdı. Əsas çatışmazlıqlar arasında L-11 qısalüləli topu da yer alırdı.

L-11 topu - F-34 topu
L-11 topunun zireh örtüyü - F-34 topunun zireh örtüyü
A-34 tankının İkinci prototipi

Yanan benzinli bir şüşə qabın mühərrik qapağının üstünə atılması

Əvvəlcə tanka 30.5 çaplı bir lülə uzunluğuna malik 76 mm top L-11 topunu yerləşdirdilər, 1941-ci ilin fevralından isə L-11 ilə birlikdə 41 çaplı bir lülə uzunluğuna sahib 76 mm F-34 topunun quraşdırılmasına başladılar.

Dəyişikliklər yalnız silahın hərəkətli hissəsinin zireh örtüyünə təsir etdi. 1941-ci ilin yayına qədər T-34 tankları yalnız Qorki fabrikində istehsal edilən F-34 topları ilə təchiz edildi. Müharibə başladıqdan sonra isə T-34 istehsalına "Krasnoe Sormovo" zavodu da başladı. Eyni zamanda, "Sormovo" zavoduna Xarkovdan gətirilən təyyarə komponentlərini də tanklara yerləşdirməyə icazə verildi.

1940-ci ilin sentyabrında ilk istehsal edilən seriyalı T-34 tankları Qızıl Ordunun döyüş bölmələrinə daxil olmağa başladı. Tank heyətlərinin fikirləri çox ziddiyyətli idi. Bəziləri tərifləyirdi, digərləri isə mühərrik və sürətlər qutusundakı çatışmazlıqları, etibarsızlığı qeyd edirdi. Bu məlumatlar axını T-34 tanklarına qarşı mənfi münasibət formalaşdıra bildi.

Nəticədə, T-34 istehsalı çatışmamazlıqların aradan qaldırılması məqsədilə dayandırıldı, BT-7M tanklarının istehsalı bərpa edildi.

1941-ci ilin aprelində 183 nomrəli “Tank Konstruktor Bürosu” T-34M tankının modernləşdirilməsi layihəsini başa çatdırdı. Yeni korpus, daxili həcmi artırılan qüllə, ağır KB tankları ilə analoq təşkil edən daxili amortizasiyaya malik aşağı diametrli dayaq təkərlərinə malik torsion asqı və s. yeniliklər tətbiq edildi.

İşçi layihələr dərhal istehsalata verilirdi. Baş Artilleriya Zirehli Texnika İdarəsindən zavoda gələn komissiya T-34 tanklarının istehsalını T-34M ilə əvəz edilməsini təsdiqlədi.

1941-ci ilin iyununda zavod tamamilə T-34 tanklarının konveyer xəttini dayandırdı. İlk yarımildə 1110 ədəd tank istehsal edildi. Onlardan 294 ədədi Stalinqrad Tank Zavodunda, 816 ədədi isə “Xarkov Zavodu”nda istehsal edildi.

1941-ci il iyunun 22-də 1066 ədəd T-34 tankı ordu sıralarında yer alırdı. Müharibə başlayan gün zavod rəhbərlərinə yeni tank istehsalını ləngidə biləcək modernləşdirməni yalnız əvvəlki tank modellərinin istehsalını bərpa edərək proses daxilində həyata keçirmək tapşırıldı. Zavodlara aylıq 250 ədəd tank istehsal etmək tapşırığı verildi.

1940-cı ildə 115 ədəd, 1941-ci ildə 2996 ədəd, 1942-ci ildə 5684 ədəd, 1943-cü ildə 15696 ədəd, 1944-cü ildə 3986 ədəd, 205 ədəd generallar üçün nəzərdə tutulan, 2 ədəd protitotip və 12 ədəd komissiya tərəfindən qəbul edilməyən T-34 tankları ilə birlikdə 35330 ədəd tank istehsal edildi. BunlaraT-34 bazasına yerləşdirilən 1064 ədəd TO-34 odsaçanları daxil deyildi.

Dizel mühərriklərinin çatışmadığı üçün bəzi hallarda benzin mühərrikli T-34 tanklarına da rast gəlinirdi.

1942-ci ildə T-34 bazasında SU-122 özüyeriyən artilleriya qurğusu da istehsal edildi. Silahlanmada M-30 markalı 122 mm haubitsadan istifadə edildi və zirehlənmədə dəyişiklik edilmədi. Bu tip artilleriya qurğusundan 637 ədəd istehsal edildiyi məlumdur. Onları 1944-cü ildə SU-152 və Su-100 haubitsaları əvəz etdi.

SU-85 özüyeriyən artilleriya qurğusu isə "tank qənimi" kimi 1943-cü ildə 14 ay ərzində cəmi 2644 ədəd istehsal edildi. Müharibənin sonunda Polşa Silahlı Qüvvələrinə verildi.

Müharibədən sonrakı dövrdə, bu bazada SU-85 haubitsalarını SU-100, 101 və 102 modelləri əvəz etdi.

T-34 bazasında az sayda mühəndis texnikası - TM tank körpüsü də istehsal edilib. Toplam 52000 ədəd T-34 tankları və digər texnikaları SSRİ-nin və müttəfiqlərinin Silahlı Qüvvələrində istismar edilib.

İkinci Dünya Müharibəsində ən mühüm rol oynayan texnikalardan biri olaraq T-34 tankları özünün bütün müsbət və mənfi cəhətləri ilə dünya tank istehsalı sənayesinə bir çox töhfələr verdi. Dünya hərb tarixlərində baş verən tank döyüşlərinin əksəriyyətinə qatılaraq ciddi uğurlar əldə edən T-34 tanklarına dünyanın bir çox şəhərlərində abidələr ucaldılıb.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər:

Xəbər lenti

Orta Tank: Döyüş tanklarının inkişafında T-34-lərin rolu - ARAŞDIRMA

2018/06/1_3057965800.jpg
Oxunub: 4626     20:26     14 İyun 2018    