Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, hərbi qulluqçular Qala Qapıları Arxeologiya və Etnoqrafiya muzeyi, Nizami muzeyi və Nizami məqbərəsini ziyarət ediblər.
Sonra hərbi qulluqçular “Vətən uğrunda!” səyyar təşviqat dəstəsinin “Əsgərdən salam!” layihəsində iştirak ediblər.
Nizami Gəncəvinin məqbərəsi qarşısında keçirilən tədbirdə “N” nömrəli hərbi hissənin əsgərləri canlı yayım vasitəsilə ailə üzvlərinə, doğmalarına salamlarını çatdırıblar.
Ordu.az