“Buyurun, alın və qol çəkin!”: Naxçıvan, Qazax, yoxsa Qarabağdan başlayaq? – HƏRBİ EKSPERT (ANALİZ)

2018/06/456_1528800295.jpg
Oxunub: 16819     19:24     12 İyun 2018    
Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda erməni işğalçılarınının atəş nəzarətindən çıxardığı Günnüt kəndi əhalisinin ata yurdlarına qayıtması kadrlarını görəndə hər birimiz sevindik.

2016-cı ildə ordumuz Lələtəpə yüksəkliyindən işğalçıları qovaraq Cocuq Mərcanlı kəndini onun atəş nəzarətindən çıxaranda da belə sevinmişdik. Bu kəndin əhalisi 26 il çəkən yurd həsrətindən sonra öz kəndlərində qədd-qamətləri ilə düz gəzə bilirlər. 1992-ci ildən davam edən işğalın nə üçün məhz indi sona qoyulması haqqında mülahizələrimizi bundan əvvəlki yazımızda göstərmişdik. Ordumuzun düşməni sıxışdırıb ərazimizdən çıxarılması ilə müşayiət olunan bu taktiki mövqedəyişmə əməliyyatı, çox ciddi logistik və əməliyyat hazırlığı nəticəsində həyata keçirildiyindən, düşmənin üstünü qəfil alınıb, ona döyüşə girmə hazırlığını verməyərək qaçmağa məcbur edib. Günnüt dağının, Qızılqaya və Qaraqaya yüksəkliklərinin nəzarətə götürülməsi sayəsində, düşmən tərəfinin səsləndirdiyi iddialar əyani olaraq göstərir ki, onların danışıqlar prosesinə hazırlıq barədə fikirləri yoxdur. Düşmən, nəinki Qarabağda işğal etdiyi əraziləri qaytarmağa hazırdır, hətta Naxçıvan Muxtar Respublikasında işğal etdiyi əraziləri israrla özündə saxlamağa çalışır. “İştah dişin altındadır” müddəasını əsas götürən qonşu dövlət, Azərbaycan Respublikasının dövlət sərhəddini bütün uzunluğu boyu tanımaqdan imtina edir. Qarabağ danışıqlarında sülhsevər cildə düşüb yalnız əhalinin təhlükəsizliyindən narahat olduğunu bəyan edən erməni xarici siyasəti hal-hazırda Naxçıvanda imtahandan keçirilir. Hadisələrin gedişatı göstərir ki, Ermənistan xarici siyasəti bu imtahandan keçə bilmir və maskasını qoruyub saxlamağı bacarmır.

Əlbəttə, erməni rəsmi mənbələri Azərbaycan Respublikasının öz ərazisində mövqe yerdəyişmələri etdiyini izah edərək, özünün beynəlxalq aləmdə yaratmağa çalışdığı sülhsevər maskasını çətin olsa da, saxlamağa çalışırlar. Lakin təcavüz siyasətinə öyrəşmiş erməni cəmiyyəti, yeni hakimiyyətdən Azərbaycana qarşı daha aqressiv siyasət, heç olmasa, daha aqressiv ritorika tələb edir. Erməni hökuməti “yuxarıya tüpürsən bığ, aşağıya tüpürsən saqqal” vəziyyətində qalıb. Bir tərəfdən bizim ordumuzun öz ölkəmiz ərazisində yerdəyişməsinə aqressiv reaksiya verərək, “şivən” taktikası tətbiq etmək istəyir, KTMT müttəfiqlərini reaksiya verməyə, BMT və Minsk Qrupunu fövqəladə iclaslar çağırmağa, Azərbaycanı hərbi cavabla hədələməyə çalışır. Digər tərəfdən, belə davranışın reaksiyasını tam proqnozlaşdıra bilmədiyindən, başqa, hiyləgər metodlara əl atır. Bunlar hansı metodlardır? Bu haqda aşağıda bir sıra məsələləri açıqlamağa çalışcağıq. Əvvəlcə Ermənistan hökumətinin hansı reaksiya ilə üzləşə biləcəyi ehtimalı barədə məlumat verək.

BMT Təhlükəsizlik Şurasının reaksiyası, “Qonşu dövlətin öz ərazisində qurduğu sərhəd zastavalarından sizə nə?!” kimi cavabdan “Sizin Qarabağ münaqişəsi teatrından kənarda da Azərbaycandan işğal etdiyiniz torpaqlar varmış?!” kimi cavaba qədər ola bilər. Əlbəttə, dünyanın nüfuzlu dövlətləri bu münaqişə haqqında ən kiçik təfərrüatlara qədər məlumatlıdır. Onlardan bu və ya digər formada öz xarici siyasətlərində istifadə etməyə çalışırlar. Onlar üçün bu bir yenilik olmayacaq. Lakin məsələnin “ictimailəşdirilməsi” dünyanın müxtəlif siyasi amallı çoxsaylı KİV-lərinin diqqətini bu məsələyə yönəldəcək. Hətta Ermənistana müəyyən siyasi səbəblərdən rəğbət göstərən KİV-lər də gündəlik mətbuat janrına sadiq olaraq, informasiya səbəbi olan bu xəbərdən yan keçə bilməyəcəklər. Dünya əhalisinin savadı və xəbərə tənqidi yanaşmaq qabiliyyəti durmadan artdığından, həmin mətbuat vasitələri, bu xəbərləri bizim əleyhimizə olan fikirlərlə vermək istəsə də, böyük müvəffəqiyyət qazanmayacaqlar. Ona görə də düşmən düşərgəsi bu məlumatı gizlətməkdə daha maraqlıdır. Bizim dövlətimiz üçün də bu informasiyanı həddindən artıq bravur əhval-ruhiyyə ilə vermək elə də maraqlı deyil. Bizim öz ərazimizdə hərəkətimizin heç kimə dəxli yoxdur. Bu məsələni hallandırmaq, özünə haqq qazandırmaq təsiri bağışlaya bilər ki, buna nəinki ehtiyac yoxdur, hətta dövlət maraqlarımızın əleyhinədir. Düşmən bu hadisəni zərbəyə məruz qalmaq təşvişi şəklində də verə bilməz. Əməliyyat rayonunun relyefinin “tutumu” zəifdir. Yəni coğrafi şərait orada yalnız kiçik qüvvələrlə hərəkət imkanı verir. Hətta zəif ixtisaslı hər hansı bir kiçik komandirə də aydındır ki, həmin relyefdə və yüksəkliklərdə ən böyük döyüş vahidi, mexanikləşməsi zəif olan piyada taqımı ola bilər ki, həmin qüvvə ilə düşmən ərazisinə təcavüz nəzəri cəhətdən də mümkün deyil. Ermənistan “Azərbaycan sərhəddə böyük zərbə qüvvələri yerləşdirərək təcavüzə hazırlaşır” kimi iddialarla yalnız öz əhalisi arasında panika yarada bilər. Lakin beynəlxalq qurumların ixtisaslı mütəxəssislərini aldatmaq mümkün deyil.

KTMT üzvlərinin reaksiyası da çox sərt ola bilər. Belarus və Qazaxıstan dövlətləri ümumiyyətlə “Qarabağ münaqişəsi ətrafında yaranacaq hərbi problemlərlə onları narahat etməməyi" Ermənistandan tələb ediblər. Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev Qarabağda istehsal olunan əmtəələrin Avrasiya İqtisadi Şursına daxil olan ölkələrin dövriyyəsinə çıxarılmamasına təminat verdiyi halda Ermənistanın ora üzv ola biləcəyini birmənalı şəkildə vurğulayıb. Yəni sonradan belə faktlar aşkar olunarsa, Qazaxıstan, bu ölkənin həmin iqtisadi şuradan xaric olunması vəsadəti hüququnu özündə saxlayır. Gördüyümüz kimi, bu istiqamətdən də reaksiya tam gözlənilməz ola bilər. Paşinyanın iyunun birində parlamentdə səsləndirdiyi, Rusiyaya qarşı birmənalı olmayan ziddiyyətli tezislər toplumlu hökumət proqramı, bu ölkənin bir nömrəli strateji müttəfiqi tərəfindən ruh yüksəkliyi ilə qarşılanmayacağına tam əminlik yaradır. Onun reaksiyası da tam aydın deyil. Burada aydınlıq olsaydı, erməni rəhbərliyi KTMT üzvü olan başqa dövlətlərin münasibətinə məhəl qoymamağa çalışardı. Əlbəttə, bu davranış, həmin hərbi-siyasi təşkilatın səflərinin möhkəmliyi və stabilliyi məsələlərini yalnız Rusiyanın üzərinə yıxaraq, məsuliyyətdən boyun qaçırmaq kimi qiymətləndirilə bilər. Lakin Ermənistan Rusiya ilə münasibətlərində belə davranışı bir neçə dəfə nümayiş etdirərək tipik forma halına salıb.

Ən əsası isə, Azərbaycanın hansı reaksiya verəcəyi tam qaranlıqdır. Ölkəmizin reaksiyası, tam gücünə arxayınçılıq sakitliyi nümayiş etdirərək, düşmənin özü-özünü ifşa etmə prosesinə yeni töhfələr verməsini gözləməkdən tutmuş, düşmən hədə-qorxusuna qarşı sarsıdıcı preventiv (qabaqlayıcı) zərbə endirərək, müharibə hərbi-strateji planımızın qabaqcadan müəyyən edilmiş bir mərhələsini həyata keçirməyə qədər ola bilər. Artıq Azərbaycan ordusu cəbhənin bir çox istiqamətlərində (Tanrının və təbiətin imkan verdiyi istiqamətlərdə) qısa bir zamanda böyük zərbə qüvvələri təşkil edərək, düşmən ordusu üçün sarsıdıcı ola bilən zərbələr endirmək imkanına malikdir. Dünyada yaranmış müəyyən geosiyasi şəraitdən asılı olaraq, düşmənin ilk səhv addımını səbirsizliklə gözləyir. Əlbəttə ki, düşmən siyasi qrossmeyster deyil. Əvvəl-axır bu addımı atacaq. Əsas məsələ, ordumuzun və dövlətimizin statik gözləmə mövqeyindən deyil, dinamik inkşaf mövqeyindən buna hər an hazır olmasıdır. Ümid etməyə tam əsasımız var ki, hökumətimiz bu məsələləri daha ixtisaslı nöqteyi-nəzərdən təhlil edərək, proqnozlaşdırır və inkşaf modeli qurur.

Ermənistan rəhbərliyinin son hadisələrə rəsmi reaksiyasının dalğın olması səbəblərini analdığımız şəkildə izah etməyə çalışdıq. Lakin erməni cəmiyyətinin aqressiv tələbatına uyğunlaşmağa çalışan yeni siyasi kabinetin daxili auditoriya üçün planının olmamasını fərz etmək sadəlöhvlük olardı...

Burada bir haşiyəyə çıxaraq demək lazımdır ki, Ermənistanın geniş ictimaiyyətinin qonşu xalqlara və dövlətlərə qarşı aqressiv siyasi baxışlarını hakimiyyət uğrunda mübarizə aparan siyasi elitalar özü formalaşdırır. Kiçik, əsrlər boyu formalaşmış milli iqtisadi ukladından asılı olaraq, ayrı-ayrı ailələri köç xarakterli çevik yerdəyişmələr edən bir xalqın özgürlük identifikasiyasını saxlamaqdan ötrü, ona belə siyasi baxışlar aşılamaq elita üçün daha rasionaldır. Yəni elektoratın, seçicinin, vergi verənin və hakimiyyəti əldə silahla qoruyanların qaçıb dağılışmamasından ötrü bu bir rasional üsuldur.

Lakin bir sıra elmi tarix məktəbləri, rasionallıq nöqteyi-nəzərdən, müxtəlif “üsullarla” yaradılan, fəlsəfi missiyası və proqressiv ümumbəşər amalları olmayan dövlətlərə “ximera” adı verib, onların yaranması üçün müvəqqəti əlverişli şəraitin pozulacağı halda asanlıqla süqut edəcəyini israr edirlər. Yəni, öz vergi verənlərinə belə utilitar (bəsit iqtisadi yönümdə) anlamda yanaşan erməni elitası tarixdə bir neçə dəfə təkrarlanan növbəti fiasko ilə qarşılaşa bilər. Qonşumuz və düşmənimizin belə faciəvi perspektivi heç də bizim dövlət maraqlarımıza uyğun olmayaraq, keçmiş dostlarımızı gələcək düşmənlərimizə çevirməklə, regionu yeni qeyri-stabillik qərinəsinə addımlada (və ya sürükləyib), yeni kənar güc müdaxilələrinə şərait yarada bilər. Azərbaycan dövlətinin məqsədi, zorla olsa belə, Ermənistanı özünə qarşı loyal bir dövlətə çevirməkdir. Bu müddəanı ətraflı düşünməyə dəyər.

Haşiyədən qayıdaraq, son hadisələr barədə erməni elitasının qeyri-rəsmi reaksiyasına nəzər salaq. Azərbaycana qarşı daha aqressiv şüarlarla hakimiyyətə gəlmiş yeni erməni hökuməti, keçmiş hökumətin Naxçıvanla əlaqəli aqressiv planını estafetə götürərək, həmin bölgədə özünün provokasiyalar yaratmaq planı var idi. Ermənistanın yeni müdafiə nazirinin və baş qərərgah rəisinin hadisələrdən xeyli əvvəl həmin bölgəyə səfər edib, cəbhə xətti boyu rekonqsçenirovka (əməliyyat planının real coğrafi və operativ şəraitlə uzlaşdırılması) xarakterli müşahidələri buna dolayısı sübutdur. Lakin Azərbaycan ordusu düşməni qabaqlayaraq, öz sərhəd bölgəsində Ermənistan ordusunun geniş cəbhə boyu (Bağarsığ-Xunnut-Qızılqaya-Meğri dərəsi xətti boyu) və dərinliyində əməliyyat-manevr imkanını qapadı. Özünü itirən düşmən rəhbərliyi qeyri-formal olaraq rəhbərlik etdiyi informasiya vasitələri ilə əhaliyə döyüş ruhunu qaldıran bravada xarakterli yanlış məlumatlar yaymağa başladılar. Nəzarəti tam və qismən itirdikləri Azərbaycan ərazisinin sahəsini azaltmaqla, əhalidə yanlış fikir yaratmaq, hər şeyə tez inanan Azərbaycan internet istifadəçilərinə istinad qismində istifadə etsinlər deyə dezinformasiya xarakterli məlumatlar ötürməklə məşğuldurlar.

Ordumuzun “bu qədər əraziyə nəzarəti ələ keçiriblərsə, bəs niyə bu qədər əraziyə nəzarəti itirmişdilər?!” deyib dəhşətə gələnlərə demək istəyirik ki, əgər bizim dövlətlərimiz və xalqlarımız çox yaxın dost olsaydılar belə, ölkəmiz həmin əraziyə natamam nəzarətə malik olacaqdı. Çünki əksər hallarda (bizim hal da istisna deyil) sərhəd xətti dağ zirvələri boyu və dərədəki çayların sahilləri ilə müəyyən olunur. Qonşuların səyyar sərhəd dəstələri bir-birinin sərhədboyu yamaclarına vizual nəzarət edə bilirlər. Lakin əksər hallarda onların səngər qurub, bir-birini atəşə tutmaq planları olmur. Düşmənçilik olarsa, iki səngər xəttini bir zirvə üzərində “burun-buruna" qurmaq, hərbi mühəndis nöqteyi-nəzərindən mənasız və təhlükəlidir. Tərəflərdən biri həmin zirvələrlə paralel zirvələrə çəkilərək, orada mövqe qurmalıdır.

1992-ci ildə zəif tərəf biz olduğumuzdan, rus ordusunun Ermənistandakı infrastrukturu üçün strateji əhəmiyyətli Yerasx-Yexenaqadzor-Meğri şosse yolunun bizimlə Ermənistan dövlət sərhəddi keçən zirvələrin şimal ətəkləri ilə keçdiyindən, kimin geriyə çəkilib, paralel dağ silsiləsində mövqe tutduğu elan etməsək də, məlumdur. Ordumuzun və dövlətimizin imkanları o dövrdə çox zəif idi. 1992-93-cü illərdə isə Rusiyanın Yeltsin hökuməti açıq-aşkar, birmənalı olaraq Ermənistanın tərəfini saxlayırdı. Bişkek toplantısında Yeltsin o vaxtkı Ermənistan prezidenti Ter-Petrosyana deyib ki, “mən Azərbaycanı sənin qarşında diz çökdürəcəyəm”. Müəyyən qədər təqdiredici haldır ki, Rusiya Federasiyasının indiki hökuməti Yeltsinin “liberal” hökumətinin avantürist siyasətinə tənqidi və təftiş yönümlü yanaşır. İfrata qapılmalara və dövlət maraqlarını şəxsi qeyri-stabil əhval-ruhiyyəyə qurban etməyə yol vermir. Əlbəttə, Ermənistanın strateji himayədarı, daha açıq desək – süzereni olan bu dövlətdən Yeltsin hökumətinin bizə qarşı törətdiyi haqsızlıqları geri oynamağı gözləmək bizim tərəfimizdən romantik ifratçılıq olardı. Lakin hazırkı siyasət ölkəmizə hadisələri mərhələli stabil proqnozlaşdırmaq, təhlil edərək, nəticələr çıxarmaq imkanı verir.

Şərur rayonu ərazisində sərhəd xəttinə paralel olan Naxçıvanın Ardıc-Qızılqaya-Qaraqaya-Axsal silsiləsinin coğrafi relyefi elədir ki, onun müxtəlif nöqtələrindən həm Ermənistan ərazisində olan yaşayış məntəqələri, həm də yuxarıda adı çəkilən şosse yolu nəzarətə götürülə bilir. Aydındır ki, Ermənistan ordusu 1992-ci ildə rus ordusunun mövcud hərbi infrastrukturuna, kadr və texniki yardımına əsaslanaraq həmin silsilənin bəzi vacib nöqtələrini ələ keçirmişdi. Bu ilin may ayının axırlarında ordumuzun keçirdiyi əməliyyat nəticəssində sözügedən ikinci, paralel silsiləni düşmənin əlindən tam geriyə alaraq, zirvəsindən sərhəd keçən silsiləyə geri oturtdu. Günnüt istiqamətində isə sərhəd silsiləsinin bəzi hündürlüklərini ələ keçirdi. Nəticədə, ordumuzun birmənalı olaraq azad edərək tam nəzarətə götürdüyü ərazi tək Şərur yaylasının Günnüt düzənliyində 5-6 kv.km-dir. Qızılqaya və Ardıc dağları arasındakı, Məmatsan kəndinin qalıqları yerləşən yayla 2 dəfə ondan böyükdür. Beləliklə söhbət daha böyük ərazilərdən, yəni 38-40 kvadrat kilometrdən gedə bilər. Ordumuz azad etdiyi yüksəkliklər haqqında məlumat verib. Yəni özü üçün daha vacib və əhəmiyyətli məlumatı verib. Hektarları hesablamaq onun vəzifəsi deyil. Bu, yerli, bundan sonra bərpa olunacaq bələdiyyə hakimiyyətinin və vəziyyəti malalamağa çalışan Ermənistan müdafiə nazirliyinin qeyri-rəsmi elektron informasiya vasitələrinin ştatlı təbliğatçılarının vəzifəsidir. Ordumuz Vətənin hektarlarını deyil, hüdudlarını, həmin hüdudlara nəzarəti taktiki cəhətdən asanlaşdıran coğrafi mövqeləri azad etməklə məşğuldur.

Erməni müdafiə nazirliyinin rəsmi nümayəndələri xarci auditoriyaya, beynəlxalq ictimaiyyətə yönəldilmiş öz bəyənatlarında Azərbaycan tərəfinin öz dövlət sərhədləri daxilində hərəkət etdiklərini bəyan etsələr də, onun qeyri-rəsmi mətbuat ruporlarının təbliğatçıları Azərbaycan və Ermənistan arasında dövlət sərhəddinin olmamasını israr edərək, onu öz istədikləri yerə çəkmək haqları olduğunu bəyan edirlər. Bir tərəfdən təşəkkürə layiq bir iş görürlər. Revanş məqsədli əməliyyatlarının tam ehtimalını bəyan edirlər. İkinci tərəfdən isə bu, Azərbaycanı və Ermənistanı öz sovet inzibati sərhədləri daxilində 1992-ci ilin mart ayının ikisində üzvlüyünə qəbul etmiş BMT-yə növbəti hörmətsizlik və etinasızlıq aksiyasıdır. BMT bizim dövlətləri tanıyan gündən, keçmiş Sovet İttifaqı müttəfiq respublikalarının bir-biri ilə aralarındakı inzibati sərhədlər avtomatik olaraq dövlət sərhəddinə çevrildi. Beynəlxalq hüquqda sərhədlərin delimitasiyası anlayışı var. Lakin həmin hüquqi anlayış və onu xarakterizə edən proses demarkasiya üçün xırda dəqiqləşmələri sistemləşdirir. Erməni işğalçılarının iştahasını bu anlayışla əhatə edib xarakterizə etmək mümkünsüzdür. Bunu xurcuna öküz yerləşdirmək kimi bir alleqoriya ilə ifadə etmək olar.

Erməni işğalçılarının dövlət sərhəddinə bu münasibəti Şərur rayonunun Kərki kəndini əvvəl eksklav şəklinə gətirib, sonra işğal edilməsi, Tovuz və Qazax rayonlarının kəndlərinin işğalı faktlarına yeni baxışlarla baxmağa məcbur edir. Yəni, bəlkə Qarabağda dövlət suverenliyimizin bərpasına Kərki, Sofulu, Bərxudarlı, Bağanis-Ayrım və s kəndlərinin düşməndən azad olunması ilə başlansın? Əlbəttə, dövlətin və ordunun analitik xidmətləri böyük informasiya kütləsinə və ixtisaslı kadrlara əsaslanaraq, hansı vəzifənin məqsədəuyğun olmasını daha əsaslı müəyyən edə bilərlər. Amma erməni təbliğatçılarının erməni cəmiyyəninin qəlbini oxşayan ölkəmizin bütün sərhədlərinə hörmətsizlik fikri imkan verir ki, prosesə ilk növbədə onların bilavasitə dövlət sərhədlərimiz boyu işğal etdiyi eksklav kəndlərimizi azad etməklə başlayaq. Əgər bu halda onların dövlət sərhədləri adlanarsa, necə deyərlər - eyibi yox. Özləri belə münasibətin ölkələrimiz arasında normal olmasına can atırlar. Necə deyərlər: “Buyurun, alın və qol çəkin!”

Bəzi erməni saytları Ermənistan MN mətbuat xidmətinin təmsilçisi Artsrun Hovanisyana istinadən bildirirlər ki, biz humanitar məqsədləri rəhbər tutaraq, azərbaycanlı əhalinin əcdadlarının məzarlığına baş çəkməsi üçün Azərbaycan ordusunun müraciətindən sonra onların Günnüt kəndinə gəlməsinə icazə vermişik. Mənəvi səddləri olmayan adamlar bilirlər ki, polemik mübarizədə absurd şəklində danışılan yalanın effekti böyük olur. Ən azından, ilkin, sarsıdıcı effekti. Sonra birtəhər söhbətin altından çıxarıq. “Ya xan ölər, ya da eşşək". Azərbaycan Milli Ordusunun mətbuat xidməti bu məlumatın absurd olmasını bildirərək, onu qəti şəkildə rədd etdi.

Atalar sözümüzdə olduğu kimi, 40 gün də gözləyərik. Həmin müddətdən sonra yalançı özü-özünü ifşa edəcək.

Hərbi ekspert Vüqar Miraslanov
Yazı Ordu.az-a məxsusdur

Teqlər: Azərbaycan-Ordusu   Naxçıvan   Qələbə  

“Buyurun, alın və qol çəkin!”: Naxçıvan, Qazax, yoxsa Qarabağdan başlayaq? – HƏRBİ EKSPERT (ANALİZ)

2018/06/456_1528800295.jpg
Oxunub: 16820     19:24     12 İyun 2018    