Bir sətir də özümdən yazacağam – Ağdərədən xatirə

2018/06/56456000000_1528358854.jpg
Oxunub: 4900     16:01     07 İyun 2018    
Zaman keçdi, illər ötdü. 26 il hər dəqiqə onu alacağımdan qorxdum. Heç zaman axtarmadım. Lakin o gəldi və yenidən məni o illərə apardı.

1992-ci il, Ağdərə... Ortaya əməliyyat planı qoyulmuşdu. Son illər Qarabağ savaşının müxtəlif epizodları ilə sosial şəbəkələrdə gedən mübahisələr fonunda, kiminlə və hansı batalyonla irəliləyəcəyimizi yazmayacağam. Vəhdət, tarix ən əsası isə Qarabağ savaşının milli qürur və Şəhidlərinə hörmət xatirinə.

Bu əməliyyatda biz Poqosomer kəndinin sol cinahında yüksəklikdə səngərlənmiş düşmən qüvvələrini qovmalı və həmin yüksəklikdə mövqe tutmalı idik. Sağ və sol cinahdan öncədən razılaşdırıldığı kimi “N” saylı batalyon, ortadan isə biz getməli idik. Həmişə olduğu kimi özümküləri yoxladım. Hər şey qaydasında idi. Tək “Malışı” özümlə götürmək istəmirdim. Bu qız sifətli, zəif və balacaboylu döyüşçünü hər zaman qoruyurdum. Nəsə ağlıma pis fikirlər gəlirdi. O qədər zəif idi ki, avtomat atəş zamanı onu yıxırdı. Amma hər yerdə öndə idi. İcazə verməyən dədə əlindən konfeti alınmış uşaq kimi elə yanıqlı ağlayırdı ki, hamının əhvalı pozulurdu. Laçın rayonundan idi. Atasını Şuşa-Laçın yolunda vurmuşdular. Elə işlədiyi çörək maşınında da həlak olmuşdu. Bu dəfə də alınmadı. Hönkürməyə hazırlaşdığını gördükdə icazə verdim. Onsuz da hücumqabağı əsgərləri pis əhvala salmaq olmazdı. Sevincək RPQ götürdü və bizi gülmək tutdu. O isə incidi.

Səhər açılırdı... “ZİL-131”lərin banında isə 30 əsgər vardı. Hamı mürgüləyirdi. Sanki ölüm-dirim savaşına yox, hansısa bir kolxoza məhsul yığımına gedirdik. Çatdıq. “N” saylı batalyon da burada idi. İlk andan mübahisəmiz düşdü. Hələ kimin sağ, kimin sol cinahdan gedəcəyini təyin etməmişdilər. Uzun mübahisədən sonra bölündülər.

Hücum başlandı. Hündürlük sərt idi və yuxarıdakı pulemyot susmurdu. Sağ və sol cinah da sakit durmurdu. Demək olar ki, artıq yüksəklik alınmışdı. Ortada 8-ə qədər düşmən meyiti vardı və qalanları parakəndə şəkildə atəş acaraq uzaqlaşırdı. Yüksəklik əlimizdə idi. Lakin azacıq fasilədən sonra, sol cinahdan bizi vurmağa başladılar. Soldakı qışqırıqlardan məlum oldu ki, “N” saylı batalyon itgi verərək düşür. Sağ tərəfdən də geri çəkilmələr başladı. Mütləq yüksəkliyə çıxıb ətrafda nə baş verdiyini anlamaq istədim. Gördüyüm mənzərə isə dəhşətli idi. Biz mühasirədə idik. Yüksəklikdən aşağıda, düşmən tərəfdən 5 PDM və zəncirvari piyadalar gəlirdi. Sol cinahda olan qüvvələr geri çəkilmişdi, onların yerinə artıq düşmən qüvvələri doluşurdu.

“Malış” dəli kimi RPQ-dən sol cinahı atəşə tuturdu. Onu oradan çıxartmağı tapşırdım. Əsgərlərdən biri qaçaraq, onu gətirməyə başlayanda, onlardan aralı əraziyə minaatan mərmisi düşdü. Yıxıldılar. Cəld əraziyə qrupla yaxınlaşdıq. Onlar artıq həyatda yox idilər. Vəziyyət tam pisləşmişdi. İndi bizi öndən, sağdan və soldan atəşə tuturdular. Sağ cinahdan atəş zəif olduğu üçün, sağa çıxmağı qərara aldıq. 2 şəhidimiz, çoxlu yaralımız vardı. Döyüşlə sağa həmlə etdik. Ortada 4 “N” saylı batalyonun döyüşçülərinin meyiti qalmışdı. Götürə bilmədik. Meşənin qalınlığına çəkildik. Aşağıda geriyə çəkilən “N” saylı batalyon və dağdan onları atəşə tutan düşmən görünürdü. 2 gün əlimizdə şəhidlər və 16 yaralımızla meşədə sağ, sol, aşağı və yuxarı tərəfdən həmlə edən düşmənlə çarpışdıq. 2 dəfə mühasirəni qırmağa cəhd etsək belə, sıx minaatan atəşindən həmləmiz alınmadı. Düşmən dəfələrlə müqavimətin hədər olduğu və təslim olmaq haqqında çağırışlar etdi. Amma heç kim təslim olmağı belə ağlına gətirmirdi.

Yalnız 3-cü gün aşağıdan həmlə edən XTPD (OMON) qüvvələri ilə döyüşən düşmənin, orta hissəsinə həmlə edərək, 25 metr yüksəkdən bütünlüklə böyürtkənlə əhatə olunmuş çaya düşdük və çay boyu ilə hərəkətə başladıq.

Qarşımıza çıxan Ağdərə-Kəlbəcər yolunda XTPD və Şuşa batalyonunun dəstələri ilə görüşdük. Görkəmimiz acınacaqlı idi. Bütün paltarları böyürtkəndən cırılmış, hamının dərisindən qan süzülürdü. Ac, sursatsız idik, əlimizdə şəhidlər və yaralılar vardı. Bütün bunları kənara qoyaraq hamı “Malış”ın şəhid olmasına yanırdı. Beləcə alınmayan əməliyyatdan əzilmiş çıxaraq qərərgaha qayıtdıq. Ağır bir durumda Daxili Qoşunların fotoqrafı Familin şəkdiyi bu şəkil, həmən günlərin ürək ağrısından qalan yadigardır. Və məni kənara qoyaraq, bütün Qarabağ savaşında ilk olaraq məhz 18 yaşlı çağrışçılarla savaşa atılan Daxili Qoşunların bir misra döyüş yolunun xatirəsidir.

Hərbi ekspert Abuzər Əbilov
Yazı Ordu.az-a məxsusdur

Teqlər: Ağdərə   Qarabağ-döyüşləri   Daxili-Qoşunlar  

Bir sətir də özümdən yazacağam – Ağdərədən xatirə

2018/06/56456000000_1528358854.jpg
Oxunub: 4901     16:01     07 İyun 2018    