NATO-nun nəhəng “Saber Strikes” təlimləri başlayıb

2018/06/45645_1528096092.jpg
Oxunub: 950     15:07     04 İyun 2018    
Şimali Atlantika alyansına üzv 19 dövlətin 18 min əsgəri bu gün NATO-nun şərq sərhədlərində geniş miqyaslı təlimlərə başlayıb.

Ordu.az CNN-ə istinadən xəbər verir ki, təlimlər Polşa, Latviya, Litva, və Estoniya ərazilərini əhatə edəcək.

Sayca 18-ci olan bu ilki təlim iyunun 15-ə qədər davam edəcək. Təlimlərə ABŞ rəhbərlik edir.

ABŞ-ın Avropa Komandanlığının mətbuat xidməti Rusiya ilə gərginliyin artdığı bir vaxtda Rusiya ilə NATO sərhədlərində həyata keçirilən bu təlimin Rusiyaya qarşı provokasiya olmadığını və sadəcə alyansın əvvəlcədən planlaşdırdığı təlim olduğunu bildirib.

Təlimlərdə iştirak edən dövlətlər arasında ABŞ-la yanaşı, Britaniya, İspaniya, Norveç, Polşa, Almaniya, Fransa, Kanada, İtaliya, Niderland və s. var.

Ağalatr Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   Təlimlər  

NATO-nun nəhəng “Saber Strikes” təlimləri başlayıb

2018/06/45645_1528096092.jpg
Oxunub: 951     15:07     04 İyun 2018    