Ordu.az xəbər verir ki, bu barədə “Çunan İlbo” nəşri məlumat yayıb.
Məlumata görə, Pxenyan nümayəndələri Vaşinqton təmsilçiləri ilə danışıqlarda ölkənin tam nüvəsizləşdirilməsinə hazır olduqlarını bildiriblər.
KXDR nümayəndələri ABŞ-la diplomatik əlaqələrin qurulmasından sonra nüvə silahının əldə edilməsi üçün bir əsasın olmadığını bildiriblər. Bunun qarşılığında Şimali Koreyanın ünvanına sanksiyalar aradan qaldırılmalı və düşmən siyasəti dəyişdirilməlidir.
Ağalar Qəribov
Ordu.az