ŞƏT: İŞİD və “Əl-Qaidə”nin birləşməsi potensial təhlükədir

2018/05/2471-Yevgeni-Sısosyev_1527753906.jpg
Oxunub: 2693     16:12     31 May 2018    
“Təhlükəsizliyə yeni potensial təhlükə İŞİD və “Əl-Qaidə” terror qruplaşmalarının birləşməsidir”.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatı Regional Antitterror Komitəsinin icraçı direktoru Yevgeni Sısosyev bəyan edib.

“Proqnozlaşdırılan təhlükələr arasında İŞİD və “Əl-Qaidə”nin vahid şəbəkədə birləşməsi mümkünlüyü də istisna edilmir. Yeni şəbəkə öz “yatan” və aktiv dəstələri ilə dünyanın bir çox ölkələrini əhatə edə bilər”, - deyə Sısosyev bildirib.

O qeyd edib ki, Yaxın Şərq və Şimali Afrikadakı münaqişələr dünyada gərginlik ocaqları olaraq qalır, Suriya, İraq, Liviya və Yəmən kimi ölkələr isə miqrasiya dalğaları, qeyri-stabillik və terrorimzin əsas mənbələridir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ŞƏT   İŞİD   Əl-Qaidə  

ŞƏT: İŞİD və “Əl-Qaidə”nin birləşməsi potensial təhlükədir

2018/05/2471-Yevgeni-Sısosyev_1527753906.jpg
Oxunub: 2694     16:12     31 May 2018    