Günnüt əməliyyatı Ermənistanı səssiz panikaya salıb – HƏRBİ EKSPERT

2018/05/3454_1527762763.jpg
Oxunub: 17841     15:33     31 May 2018    
“Azərbaycanın yeni mövqelərinin görünməsi yaxınlıqdakı erməni kəndində “vahimə” toxumu səpib”.

Türkiyə və Qafqaz üzrə ekspert Coşua Kuçeranın Eurasianet.org saytının 30 may tarixində “Azərbaycan ordusu Naxçıvan-Ermənistan sərhədində gərginliyi artırır” başlıqlı məqaləsi bu sözlərlə başlayır.

Göründüyü kimi, son günlər müxtəlif xəbər portallarının, o cümlədən sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilmiş Azərbaycan ordusunun Naxçıvan istiqamətində həyata keçirdiyi “Günnüt əməliyyatı” artıq beynəlxalq mediaya da yol tapıb.

Mövzu ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi təmkin nümayiş etdirərək hər hansı şərh verməsə də, Ermənistan tərəfi, C.Kuçeranın yerli sakinlərə istinadən dediyi kimi “vahimə” içindədir. Bu, hərəsi bir hava çalan Ermənistan rəsmilərinin açıqlamalarında özünü qabarıq şəkildə göstərir. “Armtimes”a müsahibəsində Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovhannisyan Azərbaycan Ordusunun uğurunun əhəmiyyətini azaltmağa çalışaraq: “Mən Azərbaycanın həqiqətən yeni mövqelər əldə etməsi barədə bir söz deyə bilmərəm, Azərbaycan öz ərazisində yeni mövqelər qura bilər. Onların mövqeləri öz ölkələrinin sərhədləri daxilindədir” deyib və “panikaya əsas olmadığını” bildirib.

Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan isə bu hadisələri elə də əhəmiyyətsiz hesab etmir. Onun fikrincə “Azərbaycan Ermənistan-Naxçıvan sərhədində gərginliyin tədricən artırılması siyasəti yürüdür. Məqsəd ATƏT-in Minsk Qrupuna paralel olan – Türkiyənin iştirakı ilə başqa danışıq formatı irəli sürməkdən ibarətdir.” Burada, 1921-ci il Qars müqaviləsinə görə Türkiyənin Naxçıvanı qorumaq öhdəliyinə işarə edilir.

“Eadaily” xəbər saytına müsahibə verən hərbi müxbir Edik Bağdasaryan isə təşvişin ordu rəhbərliyinə təyinatlardan qaynaqlandığı düşüncəsindədir: “Paşinyanın yeni qərargah rəisi seçiminin niyə məhz Artak Davtyanın üzərində dayandığına təəccüblənirəm. ...Ermənistan ordusunun 5-ci korpusunun cavabdehliyi zonasında yerləşən Naxçıvanla sərhəddə baş verənlər də Davtyanın uğursuz fəaliyyətinin nəticəsidir və məhz bunun sayəsində Azərbaycan ordusu öz mövqelərini irəli çəkə və böyük əraziləri nəzarət altına ala bildi".

C.Kuçeranın sözügedən məqaləsində erməni mediasına istinad edərək, “Azərbaycan hərbçilərinin Ermənistanla sərhəddə insan yaşamayan torpaqlarda irəliləyişi, yaxınlıqdakı erməni ərazilərində çaxnaşmaya səbəb olub”, ifadəsi məsələnin mahiyyətini tam əks etdirmir. Göründüyü kimi, vahimə “yaxınlıqdakı erməni əraziləri” ilə kifayətlənmir. Günnüt əməliyyatı bütün Ermənistanı çaxnaşmaya salıb.

Azərbaycan Ordusu isə “təsdiq olunmuş plana uyğun olaraq qış mövsümündən sonra müdafiə zolağında fortifikasiya qurğularının təkmilləşdirilməsi məqsədilə müvafiq işlərin aparılmasını davam etdirir…

2018-ci ilin hazırlıq planına uyğun olaraq, xüsusi qoşun növlərinin bölmələri praktiki və səhra vərdişlərinin artırılması məqsədilə təlim mərkəzləri və poliqonlara çıxarılıb. Bölmələr real döyüş şəraitinə yaxınlaşdırılmış mürəkkəb şəraitdə tapşırıqlara uyğun olaraq praktiki məşq etdirilib.

Bütün kateqoriyalı komandirlərin praktiki bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətdə döyüş əzminin artırılması üzrə məşğələlər keçirilir”.

Yuxarıdakı kiçik qeydlər sözügedən “müvafiq tədbirlərin” qarşı tərəfə vurduğu psixoloji zərbənin təsirini əks etdirirdi.

Yeni qurulan mövqelərin və azad edilən ərazilərin hərbi baxımdan əhəmiyyətinə gəldikdə isə, Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində paytaxt İrəvanı Ermənistanın cənubu ilə birləşdirən əsas magistral yolun mühüm bir hissəsi, (xüsusilə Ararat vilayətinin Ursalanj-Zangakatun sahəsi) Əlahiddə Ümumqoşun Ordu bölmələrinin tam vizual nəzarəti altına keçib. Bu yol, eyni zamanda, İrana istiqamətlənən arterial avtomobil yolu olmaqla yanaşı, Gorusdan keçməklə Ermənistanı işğal altındakı Qarabağ ərazisi ilə birləşdirən mövcud iki yoldan biridir – ikinci istiqamət Vardenis-Kəlbəcər yoludur.

Beləliklə, qısaca olaraq bildirək ki, İrəvandan ermənilər üçün ən həyati vacib istiqamətlərə aparan bu yolun mühüm bir hissəsi Azərbaycan əsgəri tərəfindən daim vizual müşahidə edildiyindən və atəş vasitələrinin birbaşa zərbəsi altına düşdüyündən, onu tam təhlükəsiz adlandırmaq olmaz.

Ekspertlər arasında belə fikir var ki, ərazilərin azad edilməsi müharibəyə ciddi hazırlıq və əməliyyatların aktiv fazaya keçməsi anlamına gəlir.

Xüsusi olaraq qeyd olunmalıdır ki, qış mövsümündən sonrakı müvafiq tədbirlər təkcə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu ilə kifayətlənmir və bütün təmas xətti boyunca həyata keçirilir. Bu fəaliyyətlərin nəticələri Azərbaycan tərəfinin təmkininə uyğun olaraq qabardılmır, Ermənistan tərəfində isə Azərbaycan əsgərinin atdığı addımlarını təşvişi azaltmaq məqsədilə ictimaiyyətdən gizlədilir. Son hadisələrin belə ajiotaj yaratmasının səbəbi ermənilərin bir səhər ayılıb başlarının üzərində Azərbaycan əsgərini görməsidir.

Yeri gəlmişkən, Vikipediyada Günnüt əməliyyatı barədə təfərrüatlı məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, “2018-cı il mayın 20-dən 27-nə qədər Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib. İlk olaraq 20-dən 21-nə keçən gecə ordumuz şəhid verdi. Bundan sonra, ordumuz 20-dən 21-nə keçən gecə ilk olaraq, Şərur rayonunun Günnüt kəndi istiqamətində irəliləyərək kəndi düşmənin nəzarətindən azad edib. Daha sonra 23-dən 24-nə keçən gecə Qızılqaya dağı və Xunut dağı (Kömürlüdağ) ordumuz tərəfindən işğaldan azad olunub. Sonda isə 26-dan 27-nə keçən gecə hərbiçilərimiz Mehri dağını işğaldan azad edərək Şərur rayonun işğalda olan hissəsini tam olaraq azad edib və mövqeləri irəli çəkib. Həmçinin, Dərələyəz mahalınun Arpa (Areni) kəndi ordumuzun nəzarəti altına keçib. Ümumi olaraq, 1000 hektarlıq ərazi azad olunub.”

Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusu həlak olub. Ermənistan silahlı qüvvələrinin isə 3 hərbçisi məhv edilib.”

Hərbi ekspert Tahir Müseyiboğlu
Yazı Ordu.az-a məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Naxçıvan   Azərbaycan-Ordusu   Günnüt  

Günnüt əməliyyatı Ermənistanı səssiz panikaya salıb – HƏRBİ EKSPERT

2018/05/3454_1527762763.jpg
Oxunub: 17842     15:33     31 May 2018    