İsrailin BMT-dəki nümayəndəsi: “HƏMAS İsrail ordusunun bütün gücünü hiss edəcək”

2018/05/2461-Danni-Danon_1527750899.jpg
Oxunub: 3607     15:31     31 May 2018    
“Əgər İsrailin raket atəşinə tutulması dayandırılmasa, Qəzza bölgəsində Fələstinin HƏMAS hərəkatı İsrail ordusunun bütün gücünü öz üzərində hiss edəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon BMT Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

“İcazə verin mövqeyimi aydın ifadə edim. Əgər İsrail uşaqları gecə rahat yata bilməsələr, Qəzzadakı terrorçular İsrail Müdafiə Ordusunun bütün gücünü öz üzərlərində hiss edəcəklər. Biz heç kəsə vətəndaşlarımızı narahat etməsinə yol verməyəcəyik”, - deyə Danon bildirib.

O qeyd edib ki, HƏMAS-ın Təhlükəsizlik Şurasının “Qara siyahı”sına daxil edilməsi və onun liderləri və üzvlərinə qarşı sanksiyaların qəbul edilməsi zəruridir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: BMT-TŞ   İsrail   HƏMAS  

İsrailin BMT-dəki nümayəndəsi: “HƏMAS İsrail ordusunun bütün gücünü hiss edəcək”

2018/05/2461-Danni-Danon_1527750899.jpg
Oxunub: 3608     15:31     31 May 2018    